Fallout (videooyun)

Fallout
"Fallout: A Post Nuclear Role Playing Game" videooyununun rəsmi afişası
"Fallout: A Post Nuclear Role Playing Game" videooyununun rəsmi afişası
Hazırlayan Dragonplay
Yayımlayan Ümumdünya MacPlay (Interplay)
Distribüterlər Polşa CD Projekt
Lokalizator Rusiya 1C Company[1]
Seriya "Fallout"
Anons tarixi aprel 1997
Buraxılış tarixi
Janrlar
Yaş reytinqləri
Rejissorlar
Prodüserlər Tim Keyn
Dizaynerlər
  • Tim Keyn
  • Leonard Boyarski
  • Kristofer Teylor
Ssenaristlər
  • Skott Kampbell
  • Mark O'Qrin
Proqramçılar
  • Tim Keyn
  • Ceyson Taylor
Rəssamlar
  • Leonard Boyarski
  • Ceyson Anderson
Bəstəkarlar Mark Morqan
Texniki məlumat
Platforma Microsoft Windows, DOS əməliyyat sistemi, macOS, Klassik Mac OS[d]
Oyun rejimi birnəfərli oyun[3]
İnterfeysin dili ingilis
Daşıyıcılar CD (PCMacOS üçün), rəqəmsal dağılım (Steam, Good Old Games, Humble Store)
Sistem tələbləri
İdarəetmə klaviaturasiçan

Fallout: A Post Nuclear Role Playing Game (azərb. Radioaktiv yağıntı. Bir postnüvə rol oyunu‎) və ya sadəcə Fallout (azərb. Radioaktiv yağıntı‎) — "Dragonplay"[a] tərəfindən hazırlanan və "Interplay Entertainment" tərəfindən nəşr olunan növbəyə əsaslanan postapokaliptik açıq dünya rol videooyunu. "Fallout" oyun seriyasındakı 1-ci epizoddur. Layihə istehsal prosesində olarkən 1988-ci ildə satışa çıxarılmış "Wasteland" videooyununun de-fakto sikveli hesab edilirdi. Lakin bu, "Interplay" şirkəti "Wasteland" videooyununun hüquqlarını vaxtında əldə edə bilmədiyindən baş verməmişdir.[6][7] Oyun 10 oktyabr 1997-ci ildə Şimali Amerikada Microsoft Windows, MS-DOSMac OS platformaları üçün, həmin ilin axırlarında Avropada eyni platformalar üçün, 2002-ci ildə isə Şimali Amerikada Mac OS X platforması üçün satışa çıxarılmışdır. Oyunun hadisələri ABŞ-nin Kaliforniya ştatının cənub ərazilərində cərəyan edir. Oyunun əsas hekayəsi "Böyük müharibə"dən (ing. The Great War) 84 il sonra, yəni 2161-ci ildə baş verir.

Oyunçu "sığınacaq sakini" (ing. Vault Dweller) adlı bir personajı idarə edir. Müharibədən əvvəl insanları qorumaq üçün tikilmiş yeraltı sığınacaqlardan birində yaşayan personaja tapşırıq verilir ki, 150 günlük bir müddət ərzində su çipi tapsın və təcrid olunmuş icmasını susuzluqdan xilas etmək üçün sığınacağa gətirsin. Oyunçu dünya xəritəsində istədiyi kimi hərəkət edə, oyundaxili məkanlara səyahət edə, müxtəlif tapşırıqları yerinə yetirə və fərqli-fərqli personajlarla vuruşa bilər.

"Fallout" tənqidçilər tərəfindən müsbət rəylər almışdır. Müsbət fikirli tənqidçilər oyunun innovativ ətraf mühiti, oyun dünyasının açıqlığı və geympley sistemininin realizmini tərifləmişdir. Oyun iqtisadi və tənqidi baxımdan böyük bir müvəffəqiyyət idi. Oyun illərdir ki, müxtəlif videooyun publikasiyalar tərəfindən tərtib olunmuş "ən yaxşı videooyunlar" siyahılarında yer alır. Oyundan sonra onun haqqında çoxlu sayda sikvel və spin-offlar buraxılmış, "Fallout" seriyası yaranmışdır. Oyunun davamı – "Fallout 2"nin əsas süjet xətti Kaliforniya ştatının şimal ərazilərində cərəyan edir və 1998-ci ildə satışa çıxarılmışdır.

  1. "FALLOUT ДЛЯ PC" (rus). 1С-СофтКлаб. 2020-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-26.
  2. "Fallout: A Post Nuclear Adventure" (ingilis). Interplay Entertainment. 2003-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2020. (#apostrophe_markup)
  3. Steam. 2003.
  4. "Fallout: Frequently Asked Questions" (ingilis). 1998-05-19. 2013-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2020.
  5. Cheong, Ian. "Game Info". Lionheart Chronicles (ingilis). GameSpy. 2013-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2020.
  6. Fallout Classic Revisited. Gamespot. January 14, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2020.
  7. Sitat səhvi: Yanlış <ref> teqi; goldenage adlı istinad üçün mətn göstərilməyib


Sitat səhvi: " lower-alpha " adlı qrup üçün <ref> teqləri mövcuddur, lakin müvafiq <references group="lower-alpha"/> teq tapılmadı


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search