Freddi Merkyuri

Freddi Merkyuri
ing. Freddie Mercury
Freddi Merkyuri 1978-ci ilin noyabrında Queen qrupu ilə birlikdə Nyu-Hevenda çıxış edərkən
Freddi Merkyuri 1978-ci ilin noyabrında Queen qrupu ilə birlikdə Nyu-Hevenda çıxış edərkən
Ümumi məlumatlar
Doğum adı Fərrux Bulsara
Ləqəbi Larry Lurex
Doğum tarixi
Doğum yeri Stoun Taun, Zənzibar sultanlığı
Vəfat tarixi (45 yaşında)
Vəfat yeri Kensinqton, London, Böyük Britaniya
Vəfat səbəbi QİÇS-in səbəb olduğu ağciyər iltihabı
Vətəndaşlığı
Milliyyəti pars
Musiqiçi məlumatları
Fəaliyyəti Müğənni • bəstəkar
Fəaliyyət illəri 1969–1991
Janrlar Rok  • hard rok  • qlem rok
Musiqi alətləri Gitara  • piano  • Hammond orqanı  • klavişli alət
Səs tembri Tenor
Albom şirkətləri
  • Columbia
  • Polydor
  • EMI
  • Parlophone
  • Hollywood Records
Əlaqələri
Təhsili
  • Müqəddəs Piter oğlan məktəbi[d][1]
Üzvlüyü
Mükafatları əbədi nailiyyətlərinə görə "Qremmi" mükafatı
İmzanın şəkli
freddiemercury.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Freddi Merkyuri (ing. Freddie Mercury, əsl adı Fərrux Bulsara, qüc. ફારોખ બલસારા‌; d. 5 sentyabr 1946, Stoun Taun, Zənzibar sultanlığıö. 24 noyabr 1991, Kensinqton, London, Böyük Britaniya) — Böyük Britaniya müğənnisi, mahnı bəstəkarı və səsyazma prodüseri. O, daha çox Queen qrupunun solisti kimi tanınır. Merkyuri parlaq səhnə personası və dörd oktavalıq vokal diapazonu ilə məşhurlaşmışdır.[4][5][6] Merkyuri Queen qrupu üçün çoxsaylı hitlər yazmışdır ki, onların da arasında "Bohemian Rhapsody", "Killer Queen", "Somebody to Love", "Don't Stop Me Now", "Crazy Little Thing Called Love" və "We Are the Champions" mahnıları da vardır. O, Queen qrupunda iştirakı ilə yanaşı solo karyeraya da malik olmuş, həmçinin başqa musiqiçilərlə birlikdə çıxışlar və musiqi prodüserliyi də etmişdir.

Merkyuri Zənzibar adasında parsi ailəsində anadan olmuş, orada və Hindistanda böyümüş, yeniyetmə dövründə isə ailəsi ilə birlikdə İngiltərənin Midlseks qraflığına köçmüşdür. O, 1970-ci ildə gitaraçı Brayan Mey və zərb alətlərində ifadə edən Rocer Teylor ilə birlikdə Queen qrupunu yaratmışdır. Merkyuri 1991-ci ildə 45 yaşında ikən QİÇS-in səbəb olduğu ağciyər iltihabından vəfat etmiş, ölümündən bir gün əvvəl isə onun xəstəliyə tutulması təsdiqlənmişdir.

1992-ci ildə, ölümündən sonra Britaniya musiqisinə əlamətdar töhfələrinə görə "Brit" mükafatına layiq görülmüş və Londonun Uembli stadionunda ona həsr edilmiş konsert keçirilmişdir. Queen üzvü kimi 2001-ci ildən Rok-n-roll şöhrət zalı (ing. Rock and Roll Hall of Fame), 2003-cü ildən Mahnı bəstəkarları şöhrət zalı (ing. Songwriters Hall of Fame), 2004-cü ildən isə Birləşmiş Krallıq Musiqisi şöhrət zalında (ing. UK Music Hall of Fame) təmsil olunur. BBC tərəfindən 2002-ci ildə keçirilmiş sorğuya əsasən 100 ən böyük britaniyalı siyahısında 58-ci yerdə qərarlaşmışdır. Müxtəlif sorğular nəticəsində dəfələrlə populyar musiqi tarixində ən böyük ifaçılardan biri olduğu göstərilmişdir.[7][8]

  1. 1 2 Oxford Dictionary of National Biography (ing.). / C. Matthew Oxford: OUP, 2004.
  2. 1 2 LIBRIS. 2012.
  3. 1 2 https://en.wikipedia.orgview_html.php?sq=World Government Summit 2022&lang=az&q=Freddie_Mercury.
  4. Independent, 2006
  5. "Dance: Deux the fandango". Archived from the original on 15 iyun 2011. İstifadə tarixi: 16 noyabr 2018..
  6. "RollingStone.com – 100 Greatest Singers of All Time". Rolling Stone. 2010-12-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2018.
  7. "Blender Magazine's 22 Greatest Voices (MTV2)". Amiannoying.com. 2015-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2018.
  8. Greg, Prato. "Freddie Mercury biography". AllMusic. 2012-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2018.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search