Gearbox Software

"Gearbox Software"
Ümumi məlumatlar
Tipi Fərdi şirkət
Sənaye Kompütervideooyun sənayəsi
Məhsulları Half-Life: Opposing Force
Half-Life: Blue Shift
Half-Life: Decay
Counter-Strike:Condition Zone
James Bond 007: Nightfire
Brothers in arms seriyaları
Təsis tarixi Plano, Texas, ABŞ. (1999)
Baş qərargahın yeri Plano, Texas, ABŞ
Struktur
İşçi sayı 170[1]
Rəhbərlik
Təsisçilər Rendi Piçford
Sivenom Bahl
Lendon Monthomeri
Brayan Martel
Rob Heyronimus
gearboxsoftware.com

Gearbox Softwarekompütervideooyun sənayəsində çalışan ABŞ şirkəti. 1999-cu ildə bir qrup yaradıcı tərəfindən təsis edilib. Baş ofisi Texas ştatının Plano şəhərində yerləşir.

Şirkət Rendi Piçford, Stiven Bahl, Lendon Mantqhomeri, Brayan Martel və Rob Heyronimus tərəfindən 1999-cu ilin yanvar ayında yaradılıb. "Gearbox" studiyasının yaradıcıları şirkətin yaradılması zamanı demək olar ki, videooyunların hazırlanması üzrə ixtisaslaşan başqa şirkətlərdə çalışırdılar.

Şirkətin ilk işi Valve tərəfindən sifariş edilən Half-Life üçün əlavələrin yaradılması oldu. Studiya Valve-nin sifarişi ilə orijinal Half-Life-a üç əlavə Opposing Force, Blue Shift və PS2 versiyası üçün eksklüziv Decay əlavələrini hazırlayır. Half-Life: Opposing Force əlavəsində süjet orijinal Half-Life ilə paralel inkişaf edir. Burada baş qəhrəman Qara Meza tədqiqat mərkəzinə eksperementin nəticəsini və şahidləri təmizləmək üçün göndərilmiş xüsusi təyinatlı Adrian Şeparddır. Bunun sayəsində oyunçular Half-Life süjetinə digər personajın gözü ilə baxmağı imkan əldə edirlər.

Sonrakı oyun Half-Life: Blue Shift bundan əvvəlki Opposing Force kimi rəsmi add-on kimi buraxılmışdır. Süjet Qara Meza kompleksinin mühafizəçisi — Barni Kalhaunun ətrafında inkişaf edir. Bu iki əlavədə qrafika və modellər daha da keyfiyyətli hazırlanmışdır. Studiya bunun arxasınca 2001-ci ildə PS üçün eksklüziv Half-Life: Decay əlavəsini buraxır.

Şirkətin ən məşhur məhsullarından biri 2005-ci ildə buraxdığı İkinci dünya müharibəsinə aid Brothers in Arms oyunudur.

Gearbox müxtəlif məşhur oyun yaradan şirkət və nəşrçiləri ilə işləyib. Onların arasında Valve-dən əlavə Ubisoft, Sega, Microsoft Game Studios, Electronic Arts, Activision və Vivendi Games kimi studiyalar var. Şirkət Bungie, Epic Games, Valve Corporation, Gameloft, Ritual Entertainment və Demiurge Studios kimi studiyalarla partnyorluq əlaqələrinə malikdir.

  1. "DICE 2010: Gearbox's Pitchford On Borderlands, Perfection, Money". 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-02-19.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search