Harri Potter

Harri Potter
ing. Harry Potter
Müəllif Coan Roulinq
Janrı fentezi, bildunqsroman
Ölkə
Orijinal dili ingilis
Nəşriyyatçı Bloomsbury Publishing (BB)
Arthur A. Levine Books (ABŞ)
Qanun nəşriyyatı (Az)
Nəşr tarixi 29 iyun 1997 - 21 iyul 2007 (əsas nəşr)
Azərbaycanca nəşr tarixi 2011[1] - ?

«Harri Potter» (ing. «Harry Potter») — ingilis qadın yazıçı Coan Ketlin Roulinq tərəfindən yazılmış yeddi roman və onun əsasında çəkilmiş filmlər seriyasıdır. Səkkizinci kitab isə teatrdan kitaba uyğunlaşdırılmışdır.

Dünyada çap olunmasına və satışına görə böyük rekordlara imza atmışdır. Seriyanın yeddinci kitabı ABŞ-də 8,5 milyonluq böyük bir satış gəlirinə sahib olaraq böyük bir rekord əldə etmişdir. Seriyanın kitabları "Dünyanın ən tez satılan kitabı" və "Dünyanın ən çox satılan uşaq romanı" adını hələ də əlində saxlayır. Roman uşaqlar üçün nəzərdə tutulsa da, böyüklərin də diqqətini çəkmişdir.

  1. Roulinq, C. Harri Potter və fəlsəfə daşı. Qanun. 2011. səh. 4. ISBN 978-9952-26-179-0.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search