I Just Can't Stop Loving You

I Just Can't Stop Loving You
Maykl CeksonSiedah Garrett tərəfindən Bad albomunda ifa olunmuş sinql
Yayımlanma tarixi 20 iyul, 1987
Format sinql
Janr Pop/R&B
Dil ingilis dili
Müddət 04:11
Prodüser Maykl Cekson və Quincy Jones
Bəstəkar Maykl Cekson
Sözlərin müəllifi Maykl Cekson
Studiya Epic Records
Maykl CeksonSiedah Garrett sinqllarının xronologiyası
"Thriller"
(1984)
"I Just Can't Stop Loving You"
(1987)
"Bad"
(1987)
Audio nümunəsi
I Just Can't Stop Loving You mahnısının səslənməsi

I Just Can't Stop Loving YouMaykl CeksonSiedah Garrett tərəfindən ifa olunmuş məşhur balladadır. Mahnı Maykl Ceksonun yeddinci solo albomu olan Baddən çıxarılmıç ilk sinqldır. Mahnının ispan dilində olan versiyası "Todo Mi Amor Eres Tú" adlanır. Fransız dilində olan "Je Ne Veux Pas La Fin De Nous" adlı versiyası isə Maykl Ceksonun ölümündən sonra "Bad 25" albomunda satışa çıxarılmışdır. Mahnının söz və musiqi müəllifi Cekson özüdür. Əvvəlcə mahnının Ceksonun seçdiyi iki qadın müğənnidən biri – ya Barbra Streyzand ya da Vitni Hyustonla birgə ifa edilməsi nəzərdə tutulmuşdu. Hətta Areta FranklinAgnetaa Feltskoqla (ABBA qrupunun üzvü) da birgə ifa edilməsi də düşünülürdü. Lakin hər dörd qadın ifaçı o zaman başqa işlə məşğul olduğu üçün təklifi qəbul edə bilməmişdi.

Bu zaman mahnının müəllifi və Kuinsi Cons Ceksonun "Man In The Mirror" mahnısının bəstəkarı Garrettə mahnını Ceksonla birgə səsləndirməyi təklif etdilər. Beləcə Garret 1984-cü ildə Dennis Edvardsla olan "Don't Look Any Further" hitindən sonra növbəti hiti səsləndirmək təklifi aldı.

Mahnı çox uğurlu alınmış və dinləyicilər tərəfindən sevilmişdir. Həmçinin hit paradlarda da sürətlə irəliləyən mahnı Billboard Hot 100 – də ilk beşliyə daxil ola bilmişdir. Mahnı həmçinin Billboard R&B və adult contemporary hit paradlarında birinciliyə yüksəlmişdir.

Bu mahnı Ceksonun "AC chart"da birinciliyə yüksəlmiş ikinci sinqlıdır (bu hit paradda zirvəyə yüksəlmiş ilk mahnısı Pol Makkartni ilə birgə 1982-ci ildə ifa etdiyi "The Girl Is Mine" mahnısı olmuşdur.)[1] Mahnıya klip çəkilməmişdir. 2012-ci ildə "Bad 25" layihəsi çərçivəsində mahnı yenidən sinql şəklində satışa çıxarılmışdır.

Orijinal versiyada mahnı Ceksonun danışığı ilə başlayır. Lakin sonra çıxarılmış versiyalarda və ümumiləşdirici albomlara daxil edilmiş versiyalarda həmin hissə ixtisar edilmişdi.

  1. Hyatt, Wesley (1999). The Billboard Book of #1 Adult Contemporary Hits (Billboard Publications), page 324.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search