Karl Marks

Karl Marks
alm. Karl Marx
Doğum adı Karl Heinrich Marx
Doğum tarixi 5 may 1818(1818-05-05)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 14 mart 1883(1883-03-14)[3][1][…] (64 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər xəstəliyi[d]
Dəfn yeri
Həyat yoldaşı
Uşaqları
Atası Henriks Marks[d][2][4][…]
Anası Henriette Presburq[d][4][5]
Elm sahələri Siyasi-iqtisad, sosiologiya, fəlsəfə
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Elmi rəhbəri Bruno Bauer[d]
Üzvlüyü
  • Birinci İnternasional[d] (18641872)[7][6]
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karl Henrix Marks (alm. Karl Heinrich Marx‎; 5 may 1818[1][2][…], Trir, Reyn əyaləti[d], Prussiya[9][10][…]14 mart 1883[3][1][…], London, İngiltərə, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı[9][4][…])[11] — alman filosof, siyasi iqtisadiyyat tənqidçisi, iqtisadçı, tarixçi, sosioloq, siyasi nəzəriyyəçi, jurnalist və sosialist inqilabçı. Almaniya ittifaqının Trir şəhərində anadan olan Marks, Bonn və Berlin universitetlərində hüquqfəlsəfə üzrə təhsil alıb. 1843-cü ildə alman teatr tənqidçisi və siyasi fəal Cenni fon Vestfalen ilə evlənib. Siyasi nəşrlərinə görə vətəndaşlıqdan məhrum edilən Marks həyat yoldaşı və uşaqları ilə onilliklər boyu Londonda sürgündə yaşamış, burada alman mütəfəkkiri Fridrix Engelslə əməkdaşlıq edərək öz düşüncəsini inkişaf etdirməyə və Britaniya muzeyinin oxu zalında araşdırma apararaq yazılarını dərc etməyə davam etmişdir. Onun ən məşhur əsərləri 1848-ci il tarixli "Kommunist Manifesti" pamfleti və üç cildlik "Das Kapital" (1867–1883) kitabıdır.[12] Marksın siyasi-fəlsəfi fikri sonrakı intellektual, iqtisadi və siyasi tarixə böyük təsir göstərmişdir. Belə ki, onun adı sifət, isim və sosial nəzəriyyə məktəbi kimi istifadə edilməkdədir.

Marksın cəmiyyət, iqtisadiyyat və siyasətlə bağlı tənqidi nəzəriyyələri ümumilikdə marksizm kimi başa düşülür ki, bu cərəyan da insan cəmiyyətinin sinfi qarşıdurma yolu ilə inkişaf etdiyini iddia edir. Kapitalist istehsal üsulunda bu, istehsal vasitələrinə nəzarət edən hakim siniflərlə (burjuaziya) əməkhaqqı qarşılığında öz işçi qüvvəsini satmaqla bu vasitələri təmin edən işçi sinif (proletariya) arasındakı qarşıdurmada özünü göstərirdi.[13] Tarixi materializm kimi tanınan tənqidi yanaşmanı tətbiq edən Marks, kapitalizmin əvvəlki sosial-iqtisadi sistemlər kimi daxili gərginliklər yaratdığını və bunun öz-özünü məhv etməsinə və sosialist istehsal üsulu kimi tanınan yeni bir sistemlə əvəzlənməsinə gətirib çıxaracağını proqnozlaşdırırdı. Marksın fikrincə, kapitalizmdəki sinfi ziddiyyətlər – qismən onun qeyri-sabitliyi və böhrana meyilli təbiəti sayəsində – fəhlə sinfinin sinfi şüurunun inkişafına, onların siyasi hakimiyyəti ələ keçirməsinə və nəhayət, azad istehsalçılar birliyindən ibarət sinifsiz kommunist cəmiyyətinin qurulmasına gətirib çıxaracaqdı.[14] Marks iddia edirdi ki, fəhlə sinfi kapitalizmi devirmək və sosial-iqtisadi azadlığa nail olmaq üçün mütəşəkkil proletar inqilabı hərəkatını həyata keçirməlidir; o, bu fikrin reallaşması üçün həm də fəal şəkildə təzyiq göstərirdi.[15]

Bəşər tarixinin ən təsirli şəxsiyyətlərindən biri kimi təsvir olunan Marksın yaradıcılığı həm təqdir, həm də tənqid edilmişdir.[16] Onun iqtisadiyyat sahəsindəki əsərləri əmək və əməyin kapitalla əlaqəsi haqqında bəzi müasir nəzəriyyələrin əsasını təşkil edir.[17][18][19] Dünyada bir çox ziyalılar, həmkarlar ittifaqları, rəssamlar və siyasi partiyalar Marksın yaradıcılığından təsirlənmiş, bir çoxu onun ideyalarını dəyişdirmiş və ya uyğunlaşdırmışdır. Marks adətən müasir sosial elmlərin əsas memarlarından biri kimi qeyd olunur.[20][21]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 5 6 7 8 9 Gemkow H. Carlos Marx. Biografía completa. 1975.
  3. 1 2 3 4 5 A. A. P. Secret Re-burial of Karl Marx In London (ing.). // The Sydney Morning Herald Sydney: Fairfax Media, 1954. Iss. 36485 (late edition). P. 1. ISSN 0312-6315
  4. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Marx, Karl: (geb. Mordechai) Dr. phil., Theoretiker des Sozialismus, "Manifest der Komm. Partei", Redakteur. // Band 16: Lewi – Mehr Münxen: K. G. Saur Verlag, 2008. S. 331. 25, 427 s. ISBN 978-3-598-22696-0
  5. 1 2 3 4 5 6 7 Lundy D. R. The Peerage (ing.).
  6. 1 2 3 4 Marx: 5) Karl Heinrich. // Band 17 Linl–Mats S. 768. 832 s. ISBN 978-3-7653-4117-5
  7. 1 2 3 4 5 6 Marx, Karl (Heinrich) (ing.). // Volume 7 P. 896.
  8. 1 2 Feuer L. S., McLellan D., Ed. Volume 23. // Volume 23 S. 531–543. 928 s.
  9. 1 2 3 4 Маркс Карл // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  10. 1 2 https://www.marxists.org/archive/marx/bio/marx/eng-1869.htm.
  11. Hobsbawm, Eric. "Marx, Karl Heinrich". Oxford Dictionary of National Biography. 2021-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-07.
  12. Ülvi Şirəliyev. "İşçilər niyə hələ də xoşbəxt deyil?". Milliyyət Araşdırmalar Mərkəzi. 2019-07-15 tarixində orijinalından arxivləşdirilib.
  13. K. Marks və F. Engels. "Manifesto of the Communist Party". https://www.marxists.org/. 1848. 2 sentyabr 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 yanvar 2022.
  14. Karl Marx: Critique of the Gotha Program Arxivləşdirilib 27 oktyabr 2007 at the Wayback Machine.
  15. Calhoun, 2002. səh. 23–24
  16. "Marx the millennium's 'greatest thinker'" (ingilis). BBC News World Online. 1 oktyabr 1999. 2 sentyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 yanvar 2022. (#apostrophe_markup)
  17. Roberto Manqabeyra Unqer. Free Trade Reimagined: The World Division of Labor and the Method of Economics. Princeton: Princeton University Press, 2007.
  18. John Hicks, "Capital Controversies: Ancient and Modern." The American Economic Review 64.2 (May 1974) p. 307: "The greatest economists, Smith or Marx or Keynes, have changed the course of history …"
  19. Yozef Şumpeter Ten Great Economists: From Marx to Keynes. Volume 26 of Unwin University books. Edition 4, Taylor & Francis Group, 1952 ISBN 0-415-11078-5, 978-0-415-11078-5
  20. Little, Daniel. "Marxism and Method". 10 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2017.
  21. Kim, Sung Ho. Zalta, Edward N. (redaktor). "Max Weber". Metaphysics Research Lab, Stanford University. 2017. 18 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2017. Max Weber is known as a principal architect of modern social science along with Karl Marx and Emil Durkheim.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search