Knyaz

Knyaz (rus. князь) — qədimdə slavyanlarda monarx titulu. Daha sonralar feodal monarx dövlətinin başçısı. Knyaz titulu qərbi avropada geniş yayılmış olan hersoq, qraf, fürst kimi titullarla eyni məna daşıyır. Qədim germanların dilində knyaz — kuningaz (kral) anlamını verir[1]. Bəzi mənbələrdə knyaz IX əsrdə slavyanlaşdırılmış qədim germanların, anqlo-saksonların və skandinavların könig sözü sayılır.[2][3][4][5] Qadınlar isə "knyagina" titulu daşıyıblar.

Knyaz titulu müxtəif dövrlərdə müxtəif mənalar kəsb etmişdir. Erkən olaraq slavyanlarda zadəgan, əsli-nəcabətli insanlara verilən bu titul get-gedə dərəcəsini artıraraq hökmdar rütbəsini əvəz etmişdir. Daha sonralar Böyük knyaz — orta əsrlərdə Rusiyada ən yüksək titul sayılırdı və yalnız çarlara verilirdi. Daha sonralar çar imperator titulu ilə əvəzləndikdən sonra Böyük knyaz titulu imperatorun qardaşına, oğluna, nəvəsinə verilirdi. Qadın cinsli titul sahibləri knyaginya adlandırılırdı. Knyaginya titulu adətən knyazın zövcəsinə ya qızlarına verilirdi. Rusiya imperatoru III Pyotr taxta çıxana qədər xələf şahzadə kimi Böyük knyaz titulu daşımışdır.

  1. Isabel de Madariaga: Tsar into emperor: the title of Peter the Great. In: Ragnhild Marie Hatton et al: Royal and Republican Sovereignty in Early Modern Europe. Cambridge University Press, 1997, S. 354.
  2. Havlík: Kronika o Velké Moravě, S. 132-133.
  3. Преображенский А. Г. Этимологический словарь русского языка. М., 1959. Т. 1, с. 324
  4. Max Vasmer. Russisches etymologisches Wörterbuch. Winter, Heidelberg. In 3 Bd. 1953—1958. // Этимологический словарь русского языка Макса Фасмера М., 1964—1973. (Стр. 285)
  5. Этимологический словарь славянских языков, под редакцией О. Н. Трубачёва. Праславянский лексический фонд. Вып. 13, М., 1987, с. 200

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search