Kunq-fu

Kunq Fu (功夫, Pinyin: gōngfu) — Çində yaranmış döyüş sənəti.

"Kunq" sözünün mənası "nailiyyət","əməl","Fu" sözü isə "insan" deməkdir. Beləliklə, "Kunq Fu" "İnsan nailiyyəti" kimi tərcümə olunur. Kunq Fu bədənin və fikrin güclənməsinə və təkminləşməsinə xidmət edir. Kunq Fu əslində üç əsrdən çox olan Uşunun məşq rejimidir. Kunq Funun 400-dən çox fəndi var. Bu fəndlərdən ən çox tanınanları Pələng, Meymun, Kobra, Qartal, Durna və Sərxoş adam fəndləridir. Kunq Fu yarandığı vaxtlarda onu yalnız çinlilərə öyrətmək olardı, indi isə o bütün dünyada məşhurdur. Kunq Funu bütün dünyada tanıdan aktyorlar Brüs Li, Ceki ÇanCet Lidir.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search