Kvark — elementar (fundamental) hissəcik. Materiya daşıyıcısı.
Kvarklar fermiyonlar ailəsindən olan elementar (subatomik) hissəciklərdir. Fermionlar ailəsinin digər üzvü leptonlardır. Kvarklar atomun nüvəsini təşkil edən protonların və neytronların tərkib hissələridir. Proton iki yuxarı kvarkdan və bir aşağı kvarkdan ibarətdir. Neytron bir yuxarı kvarkdan və iki aşağı kvarkdan ibarətdir.
Təbiətdə ayrıca kvarka hələ rast gəlinməmişdir. Kvarklar mezonların və barionların (proton və neytronun aid olduğu hissəciklər qrupu) tərkib hissələridir. Kvarklar birbirinə qlüonlar vasitəsilə bağlı olurlar. [1]
© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search