Lev Trotski

Lev Trotski
rus. Лев Давидович Троцкий
bayraq
Petroqrad Fəhlə və Əsgər Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
bayraq2
8 oktyabr 1917 – 8 noyabr 1918
ƏvvəlkiNikolay Semyonoviç Çxeidze
SonrakıQriqori Yevseyviç Zinovyev
8 noyabr 1918 – 13 mart 1918
Əvvəlkivəzifə;Rusiya respublikasının xarici işlər naziri kimi Tereşenko Mixail İvanoviç
SonrakıGeorgi Vasili Çiçerin
bayraq
RSFSR-ın İnqilabçı hərbi şurasının sədri
6 sentyabr 1918 – 26 yanvar 1925
Əvvəlkivəzifə təsis edilmişdir
SonrakıMixail Vasilyeviç Frunze
12 noyabr, 1923 – 26 yanvar, 1925
Əvvəlkivəzifə təsis edilmişdir
SonrakıMixail Vasilyeviç Frunze
RSFSR-ın hərbi işləri üzrə xalq komissarı
14 mart 1918 – 12 noyabr 1923
ƏvvəlkiN.İ.Podvoyski
Sonrakıvəzifə ləğv edildi
Şəxsi məlumatlar
Doğum adı Лейб Давидович Бронштейн[3]
Doğum tarixi 26 oktyabr (7 noyabr) 1879[1]
Doğum yeri
Vəfat tarixi 21 avqust 1940(1940-08-21)[2][1] (60 yaşında)
Vəfat yeri
Vəfat səbəbi beyin qansızması[d]
Partiya Rusiya sosial-demokrat işçi partiyası (bolşeviklər),
Rusiya kommunist partiyası,
İsveçrənin sosial-demokrat partiyası
Təhsili
Fəaliyyəti siyasətçi, diplomat, avtobioqraf[d], filosof, inqilabçı, hərbi qulluqçu, tarixçi, jurnalist, yazıçı
Atası David Leonti Bronşteyn
Anası Anna Lvovna Bronşteyn
Həyat yoldaşı Sokolovskaya Aleksandra
Uşaqları

oğlanları: Sedov Lev
Sedov Sergey

qızları: Volkova Zinaida,
Nevelson Nina
Dini Ateist
Hərbi xidmət
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü Qızıl Ordu
Döyüşlər
Rütbəsi general

Təltifləri "Qırmızı bayraq" ordeni
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lev Davidoviç Trotski (rus. Лев Дави́дович Тро́цкий, əsl soyadı Bronşteyn; 26 oktyabr (7 noyabr) 1879[1], Bereslavka[d], Xerson quberniyası, Rusiya imperiyası[1]21 avqust 1940[2][1], Koyoakan[d]) — Marksist inqilabçı və nəzəriyyəçi, Sovet siyasi xadimi, Qırmızı ordu qurucusu və ilk rəhbəri, trotskizm nəzəriyyəsinin banisi.

Trotski əvvəlcə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Menşevik İnternasionalist qanadını dəstəkləyirdi. O 1917-ci il Oktyabr İnqilabı baş verməmiş, tez bir zamanda Bolşeviklərə qoşulmuş və nəhayət Rusiya Sosial Demokrat Fəhlə (bolşeviklər) Partiyasında lider olmuşdur. RSFSR-in və SSRİ-nin ilk illərində o, Xarici İşlər üzrə Xalq Komissarı kimi və sonra Hərbi Dəniz İşləri üzrə Xalq Komissarı rütbəsi ilə Qırmızı Ordunun yaradıcısı və komandanı kimi xidmət etmişdir. 1920-ci illərdə Stalinin siyasəti və yüksəlişinə qarşı və Sovet İttifaqında bürokratiyanın artan roluna qarşı apardığı uğursuz mübarizədən sonra, Trotski hakimiyyətdən kənarlaşdırılmış (Oktyabr 1927), Kommunist Partiyasından xaric edilmiş (Noyabr 1927) və sonda, 1929-cu ildə Sovet İttifaqından sürgün olunmuşdur. Meksikada sürgündə olarkən, Trotski, IV İnternasionalın başçısı kimi, Sovet İttifaqındakı Stalin bürokratiyasına qarşı çıxmağa davam etmişdir. Avropa faşizminə qarşı Qırmızı Ordunun müdaxiləsinin ilk təbliğatçısı, Trostski, Stalinin Hitlerlə imzaladığı "qarşılıqlı toxunulmazlıq paktı"na qarşı çıxmışdır. 1940-cı ilin avqustunda Stalinin əmrilə Meksikada ispaniyalı Sovet agenti Ramon Merkader (Ramón Mercader) tərəfindən qətlə yetirilmişdir. Onun SSRİ-də qalan ailə üzvlərinin əksəriyyəti həbs olunmuş və edam edilmişdir.

  1. 1 2 3 4 5 6 ТРОЦКИЙ // Большая российская энциклопедия. Электронная версия (rus.). Большая российская энциклопедия, 2016.
  2. 1 2 The Fine Art Archive. 2003.
  3. Krugosvet (rus.). 2000.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search