Leya Orqana

Leya Orqana
ing. Princess Leia
Ulduz müharibələri obrazı
Kerri Fişer tərəfindən Ulduz müharibələri filmlərində
yaradılmış Leya obrazı
Yaradan Corc Lukas
Məlumat
Təxəllüslər Buş (ing. Boushh)(Cedayın qayıdışı)
Cinsi qadın
Peşə Alderan şahzadəsi
Alderan senatoru
General
Ceday cəngavəri
Ailə
Həyat yoldaşı
Qohumlar
Milliyyəti Alderaan (vətəni)
Polis Massa (doğum yeri)

Şahzadə Leya Orqana (ing. Princess Leia Organa), sonradan General Leya Orqana (ing. General Leia Organa) kimi tanınan personaj, Ulduz müharibələri franşayzının qəhrəmanıdır. Ulduz müharibələri filmlər seriyasında bu personaj aktrisa Kerri Fişer tərəfindən canlandırılmışdır. İlk dəfə "Ulduz müharibələri" (1977) filmində təqdim edilən Leya Alderaan planetinin şahzadəsi, İmperiya senatının üzvü, Üsyançılar alyansının agentidir. O, sithlərin qəddar lordu Dart Vayderə mane olur və İmperiyanın qorxunc silahı olan Ölüm ulduzunun məhv edilməsinə kömək edir. "İmperiya cavab zərbəsi endirir" (1980) epizodunda Leya üsyançıların bazasına rəhbərlik edir Vayderə qalib gəlir və kontrabanda ilə məşğul olan Han Soloya aşiq olur. "Cedayın qayıdışı" (1983) epizodunda Leya Solonun yad planetli cinayətkar Cabba Hattdan xilas edilməsi əməliyyatına başçılıq edir, məlum olur ki, o, Vayderin qızı və Lyuk Skayuolkerin əkiz bacısıdır. Prikvel filmi olan "Sithin qisası" (2005) epizodunda məlum olur ki, əkizlərin anası Nabu planetinin senatoru (keçmiş kraliça) Padme Amidaladır və o, uşaqları dünyaya gətirərkən vəfat edib. Senator Beyl və Alderaan kraliçası Breha Orqana Leyanı övladlığa götürürlər. "Gücün oyanışı" (2015) epizodunda məlum olur ki, Leya Birinci Ordenə qarşı mübarizə aparan general və üsyançıdır, onların Han Solo ilə birgə Kaylo Ren adlı oğulları var.

Orijinal Ulduz müharibələri genişləndirilmiş kainatına (1977–2014) daxil olan roman, komiks və video oyunlarda Leya, Han və Lyuk ilə birgə "Cedayın qayıdışı" epizodundan sonra macəralarını davam etdirir, imperiya ordusuna və qalaktikadakı digər düşmənlərə qarşı mübarizə aparır. O, Yeni Respublikanın dövlət başçısı, Ustad Ceday və Han Solodan olan üç uşağın – Ceyna, Ceysen və Anakin Soloların anası olur.

Ulduz müharibələri kainatının ən məşhur personajlarından biri olan Leya 1980-ci illərin feminist ikonası və digər macəra filmlərinin qəhrəmanları üçün model rolunu oynamışdır. Leya personajı bir çox bədii əsərlərin və kommersiya məhsullarının qəhrəmanı olmuş, müxtəlif televiziya şouları və filmlərdə parodiya edilmişdir. Onun "Ulduz müharibələri" (1977) filmindən olan fəsəli rulonu saç düzümü və "Cedayın qayıdışı" filmindən olan metal bikinisi mədəni ikonaya çevirilmişdir.

  1. Mangels A. Star Wars: The Essential Guide to Characters (ing.). 1 Ballantine Books, 1995. P. 152–156. ISBN 0-345-39535-2

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search