Luna 1

Luna 1
Kod adı: E-1 No.4
İstehsalçı RKK Enerji
Ölkə SSRİ SSRİ
Raket daşıyıcısı Luna 8K72
Fəaliyyəti Ayla toqquşmaq məqsədi
ilə göndərilmişdir.
Buraxıldığı sahə Baykonur kosmodromu
Çıxarıldığı tarix 2 yanvar 1959
Uçuşun nömrəsi 1959-012A
Kütləsi 361 kq
Böyük yarım ox 1.146 AV
Ekssentrisitet 0.14767
Meyl 0.01°
Fırlanma periodu 450 gün
Aposentr 1.315 AV
Perisentr 0.9766 AV
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Peyk kataloquna görə nömrəsi 00112

Luna 1 (rus. Луна-1; Мечта) və ya E-1 No.4 (kod adı)[1]Luna proqramı çərçivəsində SSRİ tərəfindən həyata keçirilən Yerdən Aya göndərilmiş və Günəşin orbitinə daxil olmuş ilk kosmik gəmi.

Luna 1 kosmik gəmisi xarici Van Allen qurşağından keçərkən burada olan az miqdardakı yüksək enerjili zərrəciklərlə bağlı müşahidələr apardı. Bu missiyada aparılan müşahidələr nəticəsində Yerin radiasiya qurşağı və xarici kosmosla bağlı yeni məlumatlar əldə olundu. Eyni zamanda Luna 1 Ayın zəif maqnit sahəsini kəşf etmişdir. Luna 1 kosmik gəmisi ilk dəfə planetlərarası boşluğa yayılan Günəş küləyininplazmasının birbaşa müşahidəsini həyata keçirmişdir.[2][3][4] İonlaşmış plazmanın miqdarı 20-25 min km məsafədə 1 sm³-də 700 zərrəcik, 100-150 min km məsafədə isə 1 sm³-də 300-400 zərrəcik olaraq ölçülmüşdür.[5] Luna 1 yarım milyon km məsafədən radio siqnallarla əlaqə qurulmuş ilk kosmik gəmidir.

Luna 1 kosmik gəmisi Ayla toqquşmaq üçün nəzərdə tutulmuşdu. Buna baxmayaraq kosmik gəminin Yerdəki nəzarət sistemində baş verən nasazlıq səbəbindən Ayla toqquşma baş tutmadı və Luna 1 kosmik gəmisi Aya 5995 km uzaqlıqdan keçdi. Ayın yanından ötərək Günəş ətrafında orbitə yerləşən Luna 1 kosmik gəmisi Günəşin orbitinə daxil olmağı bacarmış ilk insan istehsalı kosmik gəmi oldu. Şərti olaraq yeni planet olaraq da adlandırlan Luna 1 kosmik gəmisinə Arzu (rus. Мечта) adı da verilmişdi.[6] Yerin cazibə qüvvəsindən çıxma sürətini (ikinci kosmik sürət) əldə edə bildiyi üçün İlk kosmik raket olaraq da adlandırılır.

  1. David Darling, The complete book of spaceflight: from Apollo 1 to zero gravity. John Wiley and Sons, 2003, p. 244. ISBN 0-471-05649-9
  2. Brian Harvey, Russian planetary exploration: history, development, legacy, prospects. Springer, 2007, p.26. ISBN 0-387-46343-7
  3. "David Darling, Internet Encyclopedia of Science". 2016-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-18.
  4. "Luna 1" Arxivləşdirilib 2017-06-26 at the Wayback Machine. NASA National Space Science Data Center.
  5. "Soviet Space Rocket". Yearbook of the Great Soviet Encyclopedia (in Russian). Moscow: Sovetskaya Enciklopediya. 1959. ISSN 0523-9613
  6. Cormack, Lesley B. (15 March 2012). A History of Science in Society: From Philosophy to Utility (2nd ed.) Arxivləşdirilib 2022-03-26 at the Wayback Machine. University of Toronto Press. p. 342. ISBN 978-1-4426-0446-9.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search