Maykl Cekson

Maykl Cekson
ing. Michael Jackson
Ümumi məlumatlar
Doğum adı Michael Joseph Jackson
Doğum tarixi 29 avqust 1958(1958-08-29)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 25 iyun 2009(2009-06-25)[3][4][…] (50 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Forest-Laun xatirə parkı[d][5]
Vətəndaşlığı
Atası Cozef Cekson
Anası Ketrin Cekson
Musiqiçi məlumatları
Fəaliyyəti rəqqas, müğənni-mahnı yazarı, iş adamı, xeyriyyəçi, kinorejissor, ssenarist, avtobioqraf[d], musiqi prodüseri, kino aktyoru, aktyor, sahibkar, səsyazma sənətçisi[d], müğənni, səsləndirmə aktyoru[d], rəsm kolleksioneri[d], mahnı yazarı[d], model[d], şair
Fəaliyyət illəri 1964–2009
Janrlar pop musiqisi, soul, rəqs musiqisi[d], disko, rok, blüz, R&B, fank[d], hip-hop[d], hard-rok, black contemporary[d], dans-pop
Musiqi alətləri piano[6][6][…], zərb qurğusu[d][7][8], zərb alətləri
Səs tembri tenor
Albom şirkətləri Epic Records, Sony Music[d], Motown[d], Universal Music Group[d], Legacy Recordings[d]
Üzvlüyü
Mükafatları Officer of the National Order of Merit
əbədi nailiyyətlərinə görə "Qremmi" mükafatı
İmzanın şəkli
michaeljackson.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Maykl Cozef Cekson (ing. Michael Joseph Jackson; 29 avqust 1958[1][2][…], Geri, İndiana, ABŞ25 iyun 2009[3][4][…], Los-Anceles, Kaliforniya, ABŞ[3]) — amerikalı müğənni, bəstəkar, rəqqas, xeyriyyəçi. "Popun kralı" adını qazanan Cekson XX əsrin ən görkəmli mədəniyyət xadimlərindən biri kimi qəbul edilir. O, musiqi, rəqs və moda sahəsində gördüyü işlərlə, eləcə də şəxsi həyatı ilə bütün dünyada məşhurlaşıb.

İndiana ştatının Geri şəhərində anadan olan Maykl Cekson musiqi karyerasına uşaq yaşlarında qardaşları ilə birlikdə yaradılan "The Jackson 5" qrupunun üzvü kimi başlamışdır. Qrup 1968-ci ildə Motown şirkəti ilə müqavilə bağlayır və Mayklın seçilən ifaları sayəsində tez bir zamanda məşhur olur. 1971-ci ildə Maykl Cekson solo sinqllar buraxaraq yeni zirvələrə doğru irəliləyir. 1979-ci ildə debüt albomu olan "Off the Wall"-u çıxraraq özünü dünyaya tanıdır. İkinci albomu olan "Thriller"-i 1982-ci ildə buraxır.

1980-ci illərin sonlarında Ceksonun görünüşü, münasibətləri, davranışı və həyat tərzi mübahisə və fərziyyə mövzusuna çevrilir. 1993-cü ildə o, ailə dostunun uşağına qarşı cinsi istismarda ittiham olunurdu. Yetərincə sübut olmadığı üçün Cekson günahkar hesab edilmədi. O, 2005-ci ildə çox sayda uşağı cinsi istismar etməkdə təqsirli bilinirdi. Lakin FTB Maykl Ceksonun cinayət əməlinə dair heç bir sübut tapmadı.

2009-cu ildə yeni konsertləri ilə səhnələrə qayıtmağa hazırlaşan Maykl Cekson propofolun həddindən artıq dozası nəticəsində vəfat edir. Ona bu dərmanı qəbul etməyi məsləhət görən şəxsi həkimi Konrad Mürrey onun ölümünə səbəb olmaqda ittiham olunaraq məsuliyyətə cəlb olunur. Maykl Ceksonun Los-Ancelesdəki Steypls-sentrdə baş tutan canlı anım mərasimini televiziya vasitəsilə təqribən 2,5 milyarddan artıq tamaşaçı izlədiyi deyilir.

Maykl Cekson bütün zamanların ən çox musiqi satan sənətçiləri arasındadır. Təxmini olaraq dünya miqyasında 400 milyondan çox albom satışı etmişdir. Onun aldığı mükafatlara daxildir: 15 "Qremmi" mükafatı", 6 "Brit" mükafatı, 1 "Qızıl Qlobus" mükafatı və 39 "Ginnesin Rekordlar Kitabı".

  1. 1 2 Michael Jackson // Babelio (fr.). 2007.
  2. 1 2 Michael Jackson // Dutch Top 40.
  3. 1 2 3 4 Michael Jackson Artist Biography by Steve Huey. AllMusic.
  4. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  5. https://www.europe1.fr/culture/exclusif-voici-lemplacement-exact-du-tombeau-de-michael-jackson-3906414.
  6. 1 2 YouTube video.
  7. Montreux Jazz Festival Database.
  8. AllMusic (ing.). 1991.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search