Merkuri (planet)

Merkuri ☿
Kəşf edənbilinmir
Kəşf yeribilinmir
Kəşf tarixibilinmir
Şərəfinə adlandırılıb
Merkuri
Orbital xarakteristikası[2]
Afelisi69816900 km.
0.466 697 AV
Perigelisi46001200 km
0.307 499 AV
Periapsidi46.001.270.441,315 m, 46.001.009 km
Apoapsidi69.817.445.933,987 m, 69.817.445 km
Böyük yarımoxu
57909050 km.
0.387 098 AV
Orbitinin ekssentrisiteti0.205630[1]
Sinodik fırlanma dövrü
10.012.032 san.[3]
Orta anomaliyası3,1 radian
Əyilməsi0,12226 radian[4]
Qalxan milinin uzunluğu
0,843531 radian[4]
Perisentr arqumenti
0,51 radian[4]
Nəyin peykidirGünəş
Kəşf edilmiş peykləriyoxdur
Özünə xas ekssentrisitet
0,20563593[4]
Fiziki xarakteristikaları
Orta radiusu
Yer
Ekvator radiusu
4879,4 km
(0,38 x Yer)
Qütb radiusu
Yer
Qütb sıxılması0
Səthinin sahəsi
  • 74.800.000 km²[9]
Həcmi0,056 x Yer[5]
Kütləsi0,0553 x Yer[6]
Orta sıxlığı
5,427 g/cm3
(0,98 x Yer)[5]
3,7 m/s2
(0,38 x Yer)[5]
58,646 gün[5]
Ekvatorial fırlanma sürəti
47,362 km/saniyə[1]
Oxunun maililiyi
0,0324o[1]
Şimal qütbünün meyllənməsi
+61° 24′ 100″[10]
Albedo0,142[7]
Temperaturmin. 100 K, 440 K, maks. 700 K[10]
Səth temp. min orta maks
Selsi[8] -173 °C 167 °C 427 °C
1,9[10]
Atmosfer[11]
0,005 pikobar[12]
Atmosfer tərkibiMolekulyar oksigen 42%
Natrium 29%
Hidrogen 22%
Helium 6%
Kalium 0.5%
Az miqdarda Arqon, Azot, Karbon dioksid, Su buxarı, Ksenon, KriptonNeon

Merkuri və ya ÜtaridGünəş sistemində yerləşən ən kiçik və Günəşə ən yaxın olan planet. Yer qrupu planetlərə aid olan Merkuri Günəş ətrafında ən sürətlə dövr edən planetdir və 88 günə tam bir dəfə dövr edir. Buna baxmayaraq Merkuri öz oxu ətrafında çox yavaş hərəkət edir. 1 Merkuri günü Yerdə keçən 116 günə bərabərdir. Merkuri planetinin təbii peyki yoxdur. Planetin adı Roma mifologiyasında gəlir, ticarət və xəbər tanrısı hesab olunan Merkuridən qaynaqlanır.

Merkuri demək olar ki, istiliyi qoruya bilməyəcək dərəcədə çox nazik atmosfer qatına sahibdir. Bu səbəbdən də gecə və gündüz əvəzlənməsi zamanı planetin səthində kəskin istilik fərqləri yaranır. Merkurinin ekvatoruna yaxın yerlərdə gündüz vaxtı istilik 427 °C-yə çatsa da, gecə vaxtı istilik −173 °C-yə qədər düşə bilir. Merkurinin qütb bölgələrində istilik həmişə −93 °C-dən aşağı olur. Merkuri Günəş sistemi planetləri arasında ən az meyilliyə sahib olandır. Buna baxmayaraq orbiti ellips formasındadır və Günəş sisteminə daxil olan planetlər içində ən kənarmərkəzli orbitə malikdir. O, Günəş ətrafında orbit üzrə bir dəfə keçdiyi yolu ikinci dəfə keçmir. Planetin orbitinin zamanla daha da kənarmərkəzli olacağı və kənarmərkəzlilik dərəcəsinin hal hazırkı göstərici olan 0,21-dən 0,5-ə yüksələcəyi düşünülür. Merkurinin Günəşə ən uzaq məsafəsi ən yaxın məsafəsindən təxminən 1,5 dəfə çoxdur. Merkurinin səthi ağır zərbə kraterləri ilə örtülmüşdür və bu baxımdan Ayla oxşarlığı vardır. Səthində milyard illərdir ki, geoloji aktivlik dayanmışdır.

Merkurinin Günəş ətrafında hərəkəti ilə öz oxu ətrafında hərəkəti 3:2-yə rezonansdadır, yəni Günəş ətrafında hər üç dəfə dönməsi, öz oxu ətrafında iki dəfə dönməsinə bərabərdir.[13] Bu səbəbdən də planet Günəş ətrafında iki dəfə dönərkən, Yerdən baxan müşahidəçi bir gün görmüş olacaqdır.[14]

Merkuri də Venera kimi Yer səmasında sübh vaxtı və axşamçağı görünür, ancaq gecə görünmür. Merkuri də Ay və Venera kimi fazalara sahibdir. Günəşə Veneradan daha yaxın olmasında baxmayaraq, üzərinə düşən Günəş işığının cəmi 10%-ni əks etdirdiyindən Veneradan daha az parlaq görünür. Günəşə yaxınlığı səbəbindən Merkurini Yerdən müşahidə etmək çətindir. Merkurini müşahidə etmək üçün iki kosmik missiya təşkil olunmuşdur. Bunlardan ilki olan Mariner-10 kosmik gəmisi Merkurinin quruluşu, atmosferi və mühiti haqqında məlumatlar toplamışdır. 2008-ci ilin avqust ayında kosmosa buraxılan MESSENGER kosmik gəmisinin (ing. Mercury Surface, Space ENvironment, GEochemistry and Ranging) vəzifəsi planetin maqnit sahəsi, kimyəvi tərkibi və geologiyası haqqında məlumat toplamaqdır.[15][16][17]

  1. 1 2 3 "Mercury Fact Sheet" Arxivləşdirilib 2015-11-06 at the Wayback Machine. NASA Goddard Space Flight Center.
  2. Yeomans, Donald K. (April 7, 2008). "HORIZONS Web-Interface for Mercury Major Body" Arxivləşdirilib 2015-07-07 at the Wayback Machine. JPL Horizons On-Line Ephemeris System. Retrieved 2008-04-07. – Select "Ephemeris Type: Orbital Elements", "Time Span: 2000-01-01 12:00 to 2000-01-02". ("Target Body: Mercury" and "Center: Sun" should be defaulted to.) Results are instantaneous osculating values at the precise J2000 epoch.
  3. https://www.webcitation.org/6QPNXiw5w.
  4. 1 2 3 4 Standish E. M. Keplerian elements for approximate positions of the major planets (ing.). 2015. 3 p.
  5. 1 2 3 4 Munsell, Kirk; Smith, Harman; Harvey, Samantha (May 28, 2009). "Mercury: Facts & Figures". Solar System Exploration.
  6. Mazarico, Erwan; Genova, Antonio; Goossens, Sander; Lemoine, Frank G.; Neumann, Gregory A.; Zuber, Maria T.; Smith, David E.; Solomon, Sean C. (2014). "The gravity field, orientation, and ephemeris of Mercury from MESSENGER observations after three years in orbit". Journal of Geophysical Research: Planets. 119 (12): 2417–2436. doi:10.1002/2014JE004675. ISSN 2169-9097.
  7. Mallama, A.; Wang, D.; Howard, R.A. (2002). "Photometry of Mercury from SOHO/LASCO and Earth". Icarus. 155 (2): 253–264. Bibcode:2002Icar..155..253M. doi:10.1006/icar.2001.6723.
  8. Vasavada, Ashwin R.; Paige, David A.; Wood, Stephen E. (19 February 1999). "Near-Surface Temperatures on Mercury and the Moon and the Stability of Polar Ice Deposits" Arxivləşdirilib 2012-11-13 at the Wayback Machine (PDF). Icarus. 141 (2): 179–193. Bibcode:1999Icar..141..179V. doi:10.1006/icar.1999.6175. Figure 3 with the "TWO model"; Figure 5 for pole.
  9. https://nssdc.gsfc.nasa.gov/planetary/factsheet/mercuryfact.html.
  10. 1 2 3 NASA FACTS (ing.). NASA.
  11. "Mercury Fact Sheet". NASA. 22 December 2015.
  12. "Mercury Fact Sheet". NASA.
  13. Elkins-Tanton, Linda T. (2006). Uranus, Neptune, Pluto, and the Outer Solar System. Infobase Publishing Arxivləşdirilib 2021-03-03 at the Wayback Machine. p. 51. ISBN 978-1-4381-0729-5. Extract of page 51
  14. "Animated clip of orbit and rotation of Mercury" Arxivləşdirilib 2016-05-05 at the Wayback Machine. Sciencenetlinks.com.
  15. "LOOKS LIKE YOU GOT LOST IN SPACE". 2015-05-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-20.
  16. "From Mercury orbit, MESSENGER watches a lunar eclipse" Arxivləşdirilib 2016-09-02 at the Wayback Machine. Planetary Society.
  17. "Innovative use of pressurant extends MESSENGER's Mercury mission" Arxivləşdirilib 2016-11-15 at the Wayback Machine. Astronomy.com.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search