Olimpiya ordeni

Olimpiya ordeni

Tip orden
Təltif edir
Statistika
Təsis tarixi 1975
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Olimpiya ordeni — Olimpiya Hərəkatının ən yüksək mükafatıdır və Olimpiya Hərəkatının inkişafında xüsusi xidmətlərə görə təqdim olunur. Bu, Olimpiya Aktının davamı kimi Beynəlxalq Olimpiya Komitəsi tərəfindən 1975-ci ilin may ayında yaradılıb. Olimpiya Ordeni ilkin olaraq, üç dərəcəli (qızıl, gümüş və bürünc) ordendən ibarət idi, ancaq 1984-cü ildən yalnız qızıl və gümüş dərəcələri təqdim edilir. Ənənəvi olaraq, BOK hər bir Olimpiya Oyunlarının bağlanış mərasimində baş təşkilatçını (və ya təşkilatçıları) Olimpiya Ordeni ilə mükafatlandırır.

Olimpiya Ordeninin fərq nişanları boyunbağı formasındadır və onun qarşısında Olimpiya Hərəkatının beş halqası zeytun çələnginin yan tərəfləri ilə birləşmiş şəkildə təsvir edilir. Nadya Comneci 2005-ci ilə qədər Olimpiya Ordeni ilə iki dəfə təltif edilmiş (1984, 2004) yeganə idmançı idi. O, həm də bu şərəfə layiq görülmüş ən gənc idmançıdır.[1] Lakin, 2005-ci ildə keçmiş serbiyalı basketbolçu Borislav StankoviBOK-un prezidenti Jak Roqqe tərəfindən ikinci dəfə (birinci dəfə 1985) Olimpiya ordeni ilə təltif olunmuşdur.[2]

  1. "Nadia Comaneci". 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun, 2014.
  2. "Borislav STANKOVIĆ (2007 Class)". 18 iyun, 2007. 2015-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 iyun, 2014.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search