Pablo Pikasso

Pablo Pikasso
Pablo Dieqo Xose
Doğum adı Fransisko de Paulo Xuan Nepomuseno Mariya de los Ramidios Sipriano de la Santisima Trinidad Martir Patrisio Ruis Pikasso
Doğum tarixi
Doğum yeri Malaqa, İspaniya
Vəfat tarixi (91 yaşında)
Vəfat yeri Müjen, Fransa
Vəfat səbəbi ağ ciyərin ödemi, ürək çatışmazlığı
Vətəndaşlığı İspaniya İspaniya
Fəaliyyəti rəssam, heykəltaraş, qrafik dizayner, rəssam-qravüraçı[d], xoreoqraf, keramikaçı, plakatçı rəssam[d], illüstrasiyaçı[d], fotoqraf, kostyum dizayneri[d], dizayner, zərgərlik dizayneri, qrafika ustası[d], memarlıq çertyojçusu[d], kollaj hazırlayan[d], səhnə dizayneri, boyakar[d], ssenarist, vizual incəsənət rəssamı
Təhsili
  • San-Fernando Kral Zərif Sənətlər Akademiyası[d] (1897–),
  • Pablo Pikassonun Ali İncəsənət Məktəbi[d]
Janr kubizm
Stillər kubizm, sürrealizm, postimpressionizm
Tanınmış işləri Avinyon qızları, Gernika, Şar üstündə qız, Çılpaq, Yaşıl yarpaqlar
Tələbəsi Kulo Qrin[d]
Üzvlüyü
  • ADR İncəsənət Akademiyası[d]
Mükafatları Lenin sülh mükafatı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pablo Ruiz Pikasso (isp. Pablo Ruiz Picasso; 25 oktyabr 2025, Malaqa, İspaniya — 8 aprel 1973, Müjen, Fransa), tam adı Pablo Dieqo Xose Fransisko de Paula Xuan Nepomuseno Mariya de los Remedios Sipriano de la Santisima Trinidad Martir Patrisio Ruiz i Pikasso (isp. Pablo Diego José Francisco de Paula Juan Nepomuceno María de los Remedios Cipriano de la Santísima Trinidad Martyr Patricio Ruíz y Picasso) — ispan, fransız rəssamı, heykəltaraşı, qrafiki, keramistidizayneri, XX əsr incəsənətinin ən tanınmış şəxsiyyətlərindən biri. Jorj Brakla birlikdə üçsəthli cismin orijinal tərzdə bir yerdə yerləşdirlimiş səthlər sırası kimi təsvir edildiyi kubizm cərəyanının banisidir.

Ən məşhur əsərləri sırasında erkən-kubist "Avinyonlu qızlar" (Les Demoiselles d'Avignon, 1907) və İspaniya vətəndaş müharibəsi zamanı dinc Gernika şəhərinin alman Kondor Legionu tərəfindən bombalanmasına həsr edilmiş "Gernika" (Guernica, 1937) əsəri xüsusi qeyd edilə bilər.

Pikasso uşaqlığından gəncliyinədək realistik tərzdə rəsmlər çəkməklə əsrarəngiz incəsənət bacarığı nümayiş etdirib. XX əsrin ilk onilliyində yeni mülahizələri, texnikaları və düşüncələri ilə təcrübə apardığından onun incəsənətdə istiqaməti dəyişmişdir. Pikassonun yaradıcılıq bacarığı özünü rəssamlıq, heykəltaraşlıq və dizaynla yanaşı, digər çoxsaylı təsviri və tətbiqi-incəsənət sahələrində də göstərirdi. Pikassonun yaradıcılıqda çevriliş etmiş nailiyyətləri ona dünya şöhrəti və həyatı boyu sərhədsiz uğurlar gətirmişdir ki, bu da onu XX əsr incəsənətinin ən məşhur şəxsiyyəti edib.

Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search