Parkalar

Parkalar – Qədim Roma mifologiyasında tale ilahələri. Yunan mifologiyasında moyralara uyğun gəlirlər.

İnsanın taleyi üç parkanın – Nona, Desima və Mortanın əlindədir.

  • Nona (lat. Nona) – həyat ipini əyirir (moyra Kloto ilə eynidir).
  • Detsima (lat. Decima) – ipi hörür (moyra Laxezis ilə eynidir).
  • Morta (lat. Morta) – ipi kəsərək insan həyatına son qoyur (moyra Atropos ilə eynidir).

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search