President.az

president.az
URL president.az
Qeydiyyat 1998
Dilləri Azərbaycan, ingilis, rus
Sahibi Azərbaycan Respublikasının Prezidenti
Açılma tarixi 1998
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

president.azAzərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Saytın hal-hazırkı versiyası 2007-ci ilin sentyabr ayında hazırlanmışdır.

Sayt 1998-ci ilin may ayında qeydiyyata alınsa da, 2007-ci ilin oktyabrından etibarən KİV nümayəndələri üçün prezidentin fəaliyyəti ilə bağlı məlumatlar və fotoşəkillər,[1] 2010-cu ilin iyul ayından etibarən isə gündəlik yenilənməklə fəaliyyət göstərir. Saytda dövlət başçısının fəaliyyətini əks etdirən materiallar, o cümlədən görüşlər, səfərlər, qəbullar, çıxışlar, mətbuat konfransları, müsahibələr, habelə göndərilmiş və qəbul edilmiş məktublar, imzalanmış fərmanlar, sərəncamlar, müraciətlər, bəyannamələr, bəyanatlar, qanunlar və digər sənədlər yerləşdirilir. Həmçinin, saytın hər bir istifadəçisi Azərbaycan Respublikasının Prezidentinə məktub göndərmək, təklif və arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə müraciət etmək imkanına malikdir.[2]

Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidentinin Mətbuat Katibinin xidməti və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi tərəfindən həyata keçirilir.

  1. "KİV nümayəndələrinin diqqətinə". 2017-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-30.
  2. "Prezidentə məktub yazmaq". 2022-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-30.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search