Qonzo-jurnalistika

Qonzo-jurnalistika (ing. gonzo; "dəli, ağıldan kəm") — jurnalistikada birinci şəxsin adından dərin subyektiv nəqletmə üslubu ilə xarakterizə olunan və müxbirin qərəzsiz müşahidəçi deyil, təsvir olunan hadisələrin birbaşa iştirakçısı kimi, şəxsi təcrübəsindən istifadə edərək və duyğularını açıq şəkildə ifadə etməklə bu hadisələrin əsas mənasını vurğuladığı cərəyandır. "Qonzo-jurnalistika", həmçinin bu üslubun ayrılmaz xüsusiyyəti olan sitat, sarkazm, yumor, şişirtmə və hətta təhqiramiz ifadələrin aktiv istifadəsi ilə xarakterizə olunur.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search