Revalvasiya

Revalvasiyaəmtəələrin qiymətinin dəyişməsidir. Bu termin əsasən valyutanın revalvasiyası kimi istifadə olunur və sabit kursda ölkə pulunun xarici valyutalara nisbətən dəyərinin yüksəlməsi deməkdir. Pulun alıcılıq qabiliyyətini dəyişmədən, nominal dəyərini dəyişmək revalvasiya deyil, redenominasiyadır (bu köhnə valyutanı dəyişmədən yeni, adətən yüksək, valyuatının çıxarılmasıdır. Yeni köhnəni əvəz edir).

Ümumi mənada, valyutanın revalvasiyası ölkənin rəsmi valyuta kursunun təməl xəttə nisbətən hesablanmış tənzimlənməsidir. Təməl xətt əmək haqqından qızılın dəyərinə, xarici valyutaya qədər hər şey ola bilər. Sabit kurs rejimində valyutanın rəsmi dəyərini yalnız dövlət orqanı (məsələn: mərkəzi bank) tərəfindən verilən qərar dəyişə bilər.

Vergi revalvasiyası vergi səviyyəsini yavaşlatmaq və ya vergi gəlirlərindəki yüksəlişi dayandırmaq üçün edilən tənzimlənmədir. Bu xərcləməyə həvəsləndirən mühafizəkar ölçü hesab edilir. Əsasən, Daşınmaz əmlakın vergi revalvasiyasından istifadə edilir.

Revalvasiyanın əks prosesi Devalvasiyadır.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search