Sakit okean

Sakit okean
Koordinatlar 0° şm. e. 160° q. u.
Hissəsidir Dünya okeanı
Səthinin sahəsi
  • 161.760.000 km²[1]
Maksimum dərinliyi 11.034 m, 4.280 m
Ən dərin yeri Çellencer dərinliyi[d][1]
Su həcmi 660.000.000 km³[1]
[[Fayl:|280px|Sakit okean xəritədə]]
Sakit okean
Sakit okean
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Sakit okean (ing. Pacific Ocean) — 161.8 mln km² sahəsi olan Sakit okean Yer planetinin təxminən 1/3 hissəsini tutur. Ekvatorun kəsdiyi okean Şimali Sakit OkeanCənubi Sakit Okean olaraq ikiyə ayrılır. Sakit okean ərazisinin böyüklüyünə və təbii xüsusiyyətlərinə görə planetimizin nadir obyektlərindən biridir. O, şərqdən qərbə 19.000 km, şimaldan cənuba doğru isə 16.000 km məsafədə uzanır.

Avrasiya, Avstraliya, Şimali Amerika, Cənubi Amerika materikləri ilə əhatə olunub. Sakit okean Şimal Buzlu okeanı ilə Berinq boğazı, Atlantik okeanı ilə Dreyk boğazı vasitəsilə əlaqələnir. Hind okeanı ilə Sakit okeanın su mübadiləsi Böyük və Kiçik Zond adaları arasındakı dəniz və boğazlar vasitəsilə baş verir

  1. 1 2 3 Volumes of the World's Oceans from ETOPO1.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search