Saturn (planet)

Saturn ♄
265
Saturnun Ekinoksa yaxınlaşdığı vaxt Kassini tərəfindən təbii rəngində 2008-ci ilin iyulunda çəkilmiş şəkli; sol alt küncdəki nöqtə Titandır.
Orbital xarakteristikası[4]
Dövr J2000.0
Afelisi1.514,50 milyon km
10,1238 AV
Perigelisi1.352,55 milyon km
9,0412 AV
Periapsidi1.349.823.615 km[5], 1.353.572.955.891 m
Apoapsidi1.503.509.229 km[5], 1.513.325.782.874,5 m
Böyük yarımoxu
1.433,53 milyon km
9,5826 AV
Orbitinin ekssentrisiteti0,0565
Siderik fırlanma dövrü
29,4571 il
10.759,22 gün
24.491,07 Saturn Günəş günü[1]
Sinodik fırlanma dövrü
378,09 gün
Orbital sürəti
9,68 km/san
Orta anomaliyası317,020°[2]
Əyilməsi2,485° ekliptə nəzərən[2]
5.51° Günəş ekvatoruna nəzərən[2]
0,93° sabit müstəviyə nəzərən[3]
Qalxan milinin uzunluğu
113,665°
Perisentr arqumenti
339,392°[2]
Nəyin peykidirGünəş
Kəşf edilmiş peykləri82[4]
Özünə xas ekssentrisitet
0,05386179[6]
Fiziki xarakteristikaları[4]
Orta radiusu
58.232 km
Ekvator radiusu
60.268 km
9,449 Yer radiusu
Qütb radiusu
54.364 km
8,552 Yer qütb radiusu
Qütb sıxılması0,09796
Səthinin sahəsi
4,27×1010 km2[7]
83,703 Yer səthi
Həcmi8,2713×1014 km3
763,59 Yer həcmi
Kütləsi5,6834×1026 kq
95 159 Yer kütləsi
Orta sıxlığı
0,687 q/sm3
(sudan az)
Ekvatorda sərbəstdüşmə təcili
10 44 m/san2
0,22[8]
İkinci kosmik sürəti
35,5km/san
10 saat 33 dəq 38 san[9][10]
Ekvatorial fırlanma sürəti
9,87 km/san
Şimal qütbünün düz qalxması40,589°; 2 saat 42 dəq 21 san 
Şimal qütbünün meyllənməsi
83,537°
0,342 (Bond)[11]
0,499 (hənd.)[12]
Temperatur134 K[14]
Səth temp. min orta maks
1 bar 134 K (−139 ° C)
0,1 bar 84 K (−189 ° C)
−0,55[13] – 1,17[13]
14,5″ to 20,1″ (halqalar istisna olmaqla)
Atmosfer[4]
140 kPa[15]
59,5 km
Atmosfer tərkibihəcm ilə
  • 96,3%±2,4% Hidrogen (H2)
  • 3,25%±2,4% Helium (He)
  • 0,45%±0,2% metan (CH4)
  • 0,0125%±0,0075% Ammonyak (NH3)
  • 0,0110%±0,0058% Hidrogen deytrat (HD)
  • 0,0007%±0,00015% Etan (C2H6)

Buzlar:

Saturn, köhnəlmiş adı Zühəl[16][17]Günəş sistemində Yupiterdən sonra ən böyük ikinci, Günəşdən məsafəsinə görə altıncı planet. Saturn radiusu Yerin radiusundan təqribən doqquz onda beş dəfə böyük olan qaz nəhəngidir.[18][19] Saturnun orta sıxlığı Yerin orta sıxlığının səkkizdə biri qədər olsa da, kütləsi Yerin kütləsindən 95 dəfə çoxdur.[20][21][22] Planetin adı Roma mifologiyasında tanrı olan Saturndan gəlir və astronomik simvolu (♄) Saturnun orağını təmsil edir.

Ehtimal olunur ki, Saturnun daxili nüvəsi dəmir-nikel və qayadan (silisiumoksigen birləşmələri) təşkil olmuşdur. Bu nüvənin də metallik hidrogenlə əhatələndiyi, orta təbəqələrdə maye hidrogenlə maye heliumun yerləşdiyi və Frenkel xəttindən xaricdə qalan hissənin də qaz təbəqəsindən ibarət olduğu düşünülür. Saturnun yuxarı atmosferi ammonyak kristallarından təşkil olunduğundan rəngi açıq sarı görünür. Metallik hidrogen təbəqəsindəki elektrik axınının planetin maqnit sahəsinin yaranmasına səbəb olduğu düşünülür. Bu axın Yerdəkinə nisbətən daha zəif olmasına baxmayaraq, planetin böyük ölçüləri səbəbindən onun maqnit momenti Yerin maqnit momentindən 580 dəfə böyükdür. Saturnun maqnit sahəsinin gücü Yupiterin maqnit sahəsinin gücünün iyirmidə birinə bərabərdir.[23] Saturnun yuxarı atmosferi əsasən mülayim və sakitdir. Buna baxmayaraq, uzun müddət davam edən atmosfer hadisələri də müşahidə oluna bilir. Saturnda küləyin sürəti 1800 km/saata bərabərdir ki, bu göstərici Yupiterdəkindən daha güclü, Neptundakından isə daha zəifdir.[24] 2019-cu ilin yanvarında tədqiqatçılar Saturnun C halqası üzərində aparılan araşdırmalara əsasən bir Saturn gününün 10 saat 33 dəqiqə 38 saniyə (± 1 dəqiqə 19 saniyə) olduğunu müəyyən etmişlər.[9][10]

Saturn doqquzu davamlı halqa və üçü davamsız kaman formalı olmaqla buz hissəcikləri, qaya parçaları və kosmik tozdan ibarət olan diqqətçəkən halqa sisteminə sahibdir. Saturnun kəşf olunmuş 82 peyki vardır[25] ki, bunlardan 53-ü rəsmi şəkildə adlandırılmışdır. Bu siyahıya halqalardakı nisbətən iri hissəciklər daxil edilmir. Saturnun ən böyük peyki Titandır və ölçüsünə görə Günəş sistemində Qanimeddən sonra ikinci peykdir. Ölçüsünə görə Merkuridən daha böyük olan Titanın vacib bir xüsusiyyəti də diqqətçəkən atmosferə sahib olmasıdır.[26]

  1. Sitat səhvi: Yanlış <ref> teqi; CSeligman adlı istinad üçün mətn göstərilməyib
  2. 1 2 3 4 Sitat səhvi: Yanlış <ref> teqi; VSOP87 adlı istinad üçün mətn göstərilməyib
  3. Sitat səhvi: Yanlış <ref> teqi; meanplane adlı istinad üçün mətn göstərilməyib
  4. 1 2 3 4 Sitat səhvi: Yanlış <ref> teqi; fact adlı istinad üçün mətn göstərilməyib
  5. 1 2 https://www.le-systeme-solaire.net/modules.php?name=syssol&page=saturne.
  6. Standish E. M. Keplerian elements for approximate positions of the major planets (ing.). 2015. 3 p.
  7. Sitat səhvi: Yanlış <ref> teqi; nasafact adlı istinad üçün mətn göstərilməyib
  8. Fortney, J.J.; Helled, R.; Nettlemann, N.; Stevenson, D.J.; Marley, M.S.; Hubbard, W.B.; Iess, L. The Interior of Saturn // Baines, K.H.; Flasar, F.M.; Krupp, N.; Stallard, T. (redaktorlar ). Saturn in the 21st Century. Cambridge University Press. 6 December 2018. 44–68. ISBN 978-1-108-68393-7. 2 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 July 2019.
  9. 1 2 McCartney, Gretchen; Wendel, JoAnna. "Scientists Finally Know What Time It Is on Saturn". NASA. 18 January 2019. 29 August 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 January 2019.
  10. 1 2 Mankovich, Christopher; və b. "Cassini Ring Seismology as a Probe of Saturn's Interior. I. Rigid Rotation". The Astrophysical Journal. 871 (1). 17 January 2019: 1. arXiv:1805.10286. doi:10.3847/1538-4357/aaf798.
  11. Sitat səhvi: Yanlış <ref> teqi; Hanel_et_al adlı istinad üçün mətn göstərilməyib
  12. Sitat səhvi: Yanlış <ref> teqi; Mallama_et_al adlı istinad üçün mətn göstərilməyib
  13. 1 2 Sitat səhvi: Yanlış <ref> teqi; Mallama_and_Hilton adlı istinad üçün mətn göstərilməyib
  14. https://nssdc.gsfc.nasa.gov/planetary/factsheet/saturnfact.html.
  15. Knecht, Robin. "On The Atmospheres Of Different Planets" (PDF). 24 oktyabr 2005. 14 oktyabr 2017 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
  16. Azleks. "zühəl". 2022-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-04.
  17. Sultan-Məcid Qənizadə. Rusca-azərbaycanca lüğət (Русско-татарский словарь). 1909. səh. 322. Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine "Arxivlənmiş surət". Archived from the original on 2022-03-21. İstifadə tarixi: 2020-05-04.
  18. Brainerd, Jerome James. "Characteristics of Saturn". The Astrophysics Spectator. 24 November 2004. 1 October 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 July 2010.
  19. "General Information About Saturn". Scienceray. 28 July 2011. 7 October 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 August 2011.
  20. Brainerd, Jerome James. "Solar System Planets Compared to Earth". The Astrophysics Spectator. 6 October 2004. 1 October 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 July 2010.
  21. Dunbar, Brian. "NASA – Saturn". NASA. 29 November 2007. 29 September 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 July 2011.
  22. Sitat səhvi: Yanlış <ref> teqi; Mass ref 3 adlı istinad üçün mətn göstərilməyib
  23. Sitat səhvi: Yanlış <ref> teqi; mag adlı istinad üçün mətn göstərilməyib
  24. "The Planets ('Giants')". Science Channel. 8 June 2004.
  25. Piazza, Enrico. "Saturn's Moons". Cassini, Equinox Mission. JPL NASA. 24 September 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 June 2010.
  26. Munsell, Kirk. "The Story of Saturn". NASA Jet Propulsion Laboratory; California Institute of Technology. 6 April 2005. 16 August 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 July 2007.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search