Simon Bolivar

Simon Bolivar
isp. Simón José Antonio de la Santísima Trinidad Bolívar Palacios
6 avqust 1813 – 7 iyul 1814
17 dekabr 1819 – 4 may 1832
12 avqust 1825 – 29 dekabr 1825
bayraq
Peru Respublikasının 8-ci prezidenti
bayraq2
17 fevral 1824 – 28 yanvar 1827
Şəxsi məlumatlar
Doğum tarixi 24 iyul 1783(1783-07-24)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 17 dekabr 1830(1830-12-17)[1][2][…] (47 yaşında)
Vəfat yeri
Vəfat səbəbi vərəm, tif xəstəliyi[d]
Dəfn yeri
  • Santa-Marta kafedralı[d]
  • Karakassk kilsəsi[d]
  • Venesuela Milli panteonu[d]
Fəaliyyəti siyasətçi, zabit
Uşağı yoxdur
Rütbəsi general

Təltifləri Peru günəşi ordeni böyük xaçı
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Simón José Antonio de la Santísima Trinidad Bolívar y Palacios Ponte-Andrade y Blanco (isp. Simón José Antonio de la Santísima Trinidad Bolívar Palacios Ponte y Blanco; 24 iyul 1783[1][2][…], Karakas, Venesual general-kapitanlığı[d], İspaniya imperiyası[3]17 dekabr 1830[1][2][…], Kinta-de-San-Pedro-Alexandrino[d], Maqdalena departmenti[d], Böyük Kolumbiya Respublikası) – daha çox Simon Bolivar kimi tanınır. Həmçinin El Libertador və ya Liberator olaraq adlandırılır.[4] O, Venesuelanın, Boliviyanın, Kolumbiyanın, Ekvadorun, PerununPanamanın İspaniya imperiyasından ayrılmasına səbəb olan hərəkatın hərbi və siyasi lideri olmuşdur.

Bolivar varlı, aristokrat ailəsi olan Kriollo ailəsində anadan olmuşdur. Bütün yuxarı təbəqə ailələrinin övladları kimi 16 yaşında təhsil almaq üçün xaricə göndərilmişdir. İlk öncə İspaniyaya gəlmiş və sonra buradan Fransaya keçmişdir. Avropada olarkən Maariflənmə dövrünün ideyalarından təsirlənmiş və bu ideyalar onda Cənubi Amerikadakı İspaniya hakimiyyətinə son qoymaq istəyinin yaranmasına səbəb olmuşdur. İspaniyanın Yarımada müharibəsi ilə məşğul olmasına görə, Bolivar 1808-ci ildə azadlıq uğrunda mübarizəyə başladı.[5] 1819-cu ilin 7 avqustunda baş vermiş Boyaka döyüşündə əldə edilən qələbə ilə Yeni Qranadanın müstəqilliyinə doğru daha bir addım atıldı. Sonrakı 3 il ərzində Bolivar milli konqresi formalaşdırdı. Gözlənilmədən hərəkata mane olmaq üçün gələn böyük İspan ekspedisiyası kimi müxtəlif əngəllərə baxmayaraq, inqilabçılar qalib gəldilər. 1821-ci ildə baş vermiş Karabobo döyüşündə inqilabçıların qələbə qazanmaları ilə Venesuela demək olar ki, müstəqil ölkə oldu.

İspan monarxiyası üzərindəki bu qələbənin ardından Bolivar Latın Amerikasının müstəqil millətlərinin ilk birliyi olan Böyük Kolumbiya Respublikasının (isp. Gran Colombia) əsasını qoydu. O, bu qurumun 1819-cu ildən 1839-cu ilə qədər prezidenti olmuşdur.

Sonrakı hərbi əməliyyatlarla Bolivar Ekvadordakı, PerudakıBoliviyadakı ispan hakimlərini məqölub etdi. O, Böyük Kolumbiya Respublikasının (indiki Venesuela, Kolumbiya, PanamaEkvador), PerununBoliviyanın prezidenti idi, lakin qısa müddət sonra Bolivar sərkərdəsi olan Antonio Xose Fransisko de Sukreni Boliviya prezidenti təyin etdi. Bolivar təkcə İspaniyaMüqəddəs İttifaqın deyil, həmçinin getdikcə güclənən ABŞ-nin da gələcəkdə ola biləcək hücumlarını dəf edə biləcək və bütün İspaniya Amerikasını birləşdirən güclü dövlət qurmaq istəyirdi. Öz qüdrətinin pik nöqtəsində Bolivar Argentinadan Karib dənizinə qədər uzanan çox böyük bir bölgəni idarə edirdi.

Bolivar 79-u önəmli olmaqla, 472 döyüşdə iştirak etmişdir. Hərbi səfərləri zamanı at belində 123.000 kilometr yol qət etmişdir. Bu Hannibalın göstəricisindən 10 dəfə, Napoleonun göstəricisindən 3 dəfə, Makedoniyalı İsgəndərin göstəricisindən isə 2 dəfə çoxdur.[6] Bolivar Cənubi Amerikada milli simvollardan biri kimi qəbul edilir və Xose de San Martin, Fransisko de Miranda ilə birlikdə Hispaniya azadlıq hərəkatının ən böyük qəhrəmanlarından biri hesab edilir. Həyatının sonuna doğru Bolivar ümidsiz vəziyyətə düşmüşdü. Elə bu zaman özünün məşhur "inqilaba xidmət edən hər kəs dənizi şumladı" statını demişdi.[7] Kolumbiya Respublikasının Təsis Konqresindəki çıxışı zamanı "Əziz vətəndaşlar, mən bunu deməyə utanıram — Azadlıq yeganə qazanılmış mənfəətdir ki, yerdə qalan digərlərinə ziyan verir."[8]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Masur G. S. Simon Bolivar // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Боливар Симон // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. El Libertador: Writings of Simón Bolívar, ed. David Bushnell. New York: Oxford University Press 2003.
  5. ed, Thomas Riggs. The literature of propaganda. Detroit [u.a.]: St. James Press. 2013. 153–55. ISBN 978-1-55862-859-5.
  6. Toro Hardy, Alfredo, Understanding Latin America (2017), World Scientific, New Jersey, p. 47
  7. Arana, M. Bolivar. New York: Simon & Schuster. 2013. ISBN 978-1-4391-1019-5.
  8. Jeremy Adelman, "Independence in Latin America" in The Oxford Handbook of Latin American History, José C. Moya, ed. New York: Oxford University Press 2011, p. 153.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search