Su

Su
Molekulyar modelin şəkli
Ümumi
Sistematik adı Su
Kimyəvi formulu H2O
Molyar kütlə 18.01528(33) q/mol
Fiziki xassələri
Sıxlıq

Maye kimi 0 °S-də: 0.99984283(84) q/mL

Buz kimi 0 °S-də:

0.9167 q/mL q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 0.00 °S
Qaynama nöqtəsi 99.98 °S
Optik xüsusiyyətlər
Sındırma əmsalı 1,3945, 1,33432, 1,32612, 1,39336, 1,33298, 1,32524
Təsnifatı
CAS-da qeyd. nöm. 7732-18-5
PubChem
RTECS ZC0110000
ChEBI 15377
ChemSpider
Su doldurulmuş stəkan

Su – kimyəvi formulu H2O olan, şəffaf, rəngsizə yaxın, dadsız və iysiz kimyəvi maddədir. Su Yer kürəsinin axarsu, göl, dənizokeanlarını, eləcə də canlılardaki mayelərin əsas hissəsini əmələ gətirir. Bir molekulu kovalent bağlarla qoşulmuş oksigen və iki hidrogen atomlarından ibarətdir. Kütləcə 11,19% hidrogen və 88,81% oksigendən ibarətdir. Su sözü maddənin standart şərtlərdə maye olan halını ifadə edir, lakin qatı yəni buzqaz, yəni buxar halı üçün də istifadə olunur. Təbiətdə eyni zamanda qar, buzlaq, aysberq, bulud, çən, şehatmosfer nəmi şəklində mövcuddur.

Təbiətdə suyun 2 növü vardır: adi və ağır su. Ağır suyun tərkibində hidrogenin yerinə izotop deyterium olur. Təbiətdə 1/100 nisbətdə ağır su mövcuddur. Adətən atom reaktorlarında ağır sudan neytron yavaşladıcı kimi istifadə edilir. Süni yolla tərkibində tritium olan daha ağır su əldə edilmişdir.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search