Toyuq

Toyuq cücələri ilə birlikdə

Toyuqtoyuqkimilər dəstəsindan aid quş yarımnövü. Ev quşları siyahısına daxildir. Əti və yumurtası insanların əsas qida növlərindəndir. Tükündən məişətdə istifadə edilir.

Toyuqların təxminən 8000 il əvvəl Cənub-Şərqi Asiyada əhliləşdirildiyi güman edilir.[1] Toyuqlarda pətənək adlı xüsusi orqan var. Toyuqların dişləri yoxdur, ona görə də yeməklərini parçalamaq üçün pətənəkdən istifadə edirlər. Toyuğun ağızdan yediyi qida əvvəlcə pətənəyə keçir və orada müvəqqəti saxlanılır, sonra da mədəyə doğru hərəkət edir. Əti üçün yetişdirilən toyuqlar Broyler adlanır. Bu toyuq növləri yemi sürətli və effektiv şəkildə əzələ kütləsinə çevirmək qabiliyyətinə görə seçilir. Cücələr yetkin toyuqlarla müqayisədə suda boğulmağa daha həssasdırlar. Onlar bəzən içdikləri suda boğulub ölürlər.[2] Ona görə də körpə toyuqlar üçün nəzərdə tutulmuş kiçik su qablarından almaq məsləhət görülür. Toyuq cinsindən asılı olaraq ildə təxminən 300 yumurta qoya bilər. Toyuqlar hər şey yeyəndirlər. Toyuqlarda yeri qaşımaq və qazmaq kimi təbii instinkti var, bunu qida tapmaq üçün edirlər. Ən böyük toyuq növü Jersey Giant, ən kiçiki isə Serama-dır.

2003-cü ilin hesablamalarına görə dünyada 24 milyard toyuq var ki, bu da onu ən çoxsaylı quş növü edir. İnsanlara iki növ sıx istifadə edilən qida qaynağı təqdim edərlər: ətləri və yumurtaları. Toyuqlar uça bilməyən quşlardandır. Yumurta ilə çoxalarlar. Ağciyərləri ilə nəfəs alan toyuqlar, otcul heyvanlardır.

Toyuqlar həyatlarının dəyişik mərhələlərində dəyişik adlar götürərlər. Yeni doğulmuş balalarına sərçə, gənc və inkişaf çağında olanlara cücə, yumurtlama yetkinliyinə hələ çatmamış, yetkinlik qabağı dövrdəki dişiyə yarka, cinsi yetkinliyə çatmış yetkin dişilərə toyuq, yetkin erkəklərə xoruz deyilir.

  1. "Chickens Domesticated 8,000 Years Ago in China". www.thepoultrysite.com (ingilis). 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-28.
  2. "Could my baby chicks really drown in their waterer or water dish?". My Pet Chicken (ingilis). 2022-10-11. 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-28.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search