Uzurpasiya

Dövlət idarəetmə formaları
redaktə

Uzurpasiya (lat. usurpatio - yiyələnmək) — hakimiyyətin bir nəfər, bir qurum və ya bir qrup adam tərəfindən zor gücünə, qanunsuz ələ keçirilməsi. Bunun icraçısı isə uzurpator adlanır.

Hakimiyyətin bir qanadının digər qanadının səlahiyyətlərini uzurpasiya etmək, hakimiyyətin parçalanmasının qarşısının alınması cəhdi kimi qəbul olunur.

Tarixi xronologiyada Qədim Roma və Bizans imperatorları iki qrupa: qanuni imperatorlara və uzurpator imperatorlara bölünür. Roma papaları da bu prinsiplə qanunı papalara və antipapalara bölünürlər. Tarixdə qanuni hakimiyyətə çatmağın yolu sələf-xələf prinsipinə əsaslanır. Qanunsuz yol isə saray çevrilişlərinə, hökmdarın və xələfinin cismən yox edilməsinə, vətəndaş müharibəsi dalğası üzərində hakimiyyətə gəlmə prinsipinə əsaslanır. Parçalanmış dövlətdə bir neçə iddiaçı, ya rəqib hökmdar peyda olarsa, onda qalib gələn hökmdar bir növ "qanuni imperator", yerdə qalanlar isə uzurpator imperatorlar sayılırlar. Lakin istisna hallar da mövcuddur. Misal olaraq Flavi Yoann 423-425-ci illərdə Qərbi Roma imperatoru olsa da o, uzurpator kimi qəbul olunur.

Digər bir misal, 284-cü ilə qədər bir uzurpator kimi Roma imperatoru olmuş Diokletian rəqibi Karinə qalib gələrək, artıq 285-ci ildən qanuni imperator kimi qəbul edilmişdir.

V. O. Klyuçevski II Yekaterınanın ıqtıdarı uzurpasıya etməsini belə xarakterizə edirdi:

" Yekaterina hakimiyyəti ikiqat tutmuşdur: ərindən hakimiyyəti almış və onu yeganə xələfi olan oğluna ötürməmişdir[1]. "
  1. Ключевский В. Курс русской истории. Лекция LXXVI

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search