Venera (planet)

Venera ♀
Şərəfinə adlandırılıb
Venera
Orbital xarakteristikası
Afelisi108 939 000 km
0,728213 AV
Perigelisi107 477 000 km
0,718440 AV
Periapsidi107.476.002.161,25 m, 107.476.259 km
Apoapsidi108.941.836.897,31 m, 108.942.109 km
Böyük yarımoxu
108 208 000 km
0,723332 AV
Orbitinin ekssentrisiteti0,006772[1]
Sinodik fırlanma dövrü
50.450.688 san.
Orta anomaliyası0,87 radian[2]
Əyilməsi0,059248 radian, 0,059 radian, 0,038 radian[3]
Qalxan milinin uzunluğu
1,338316 radian[3]
Perisentr arqumenti
2,296896 radian[3]
Nəyin peykidirGünəş
Özünə xas ekssentrisitet
0,00677672[3]
Fiziki xarakteristikaları
Orta radiusu
6,0518 ± 1,0 km
0,9499 Yer radiusu[4]
Qütb sıxılması0
Səthinin sahəsi
4,6023 × 108 km2
0,902 Yer sahəsi
Həcmi9,2843 × 1011 km3
0,866 Yer həcmi
Kütləsi4,8675 × 1024 kq
0,815 Yer kütləsi[5]
Orta sıxlığı
5,243 q/sm³
0,95 Yer sıxlığı
8,87 m/s2
0,91 Yer qravitasiyası
224,701 gün
0,615198 il[6]
Ekvatorial fırlanma sürəti
35,02 km/san
Oxunun maililiyi
177,36°[6]
Şimal qütbünün meyllənməsi
+67° 09′ 0″[2]
Albedo0,77 (bond albedosu)
0,689[6] (geometrik albedo)
Temperatur464 °C[7]
Səth temp. min orta maks
Selsi 462 °C[6]
−4,8[2]
Atmosfer
Atmosfer tərkibiKarbon dioksid 96,5 %
Azot 3,5 %
Kükürd dioksid 0,015 %
Arqon 0,007 %
Su buxarı 0,002 %
Karbon monoksid 0,0017 %
Helium 0,0012 %
Neon 0,0007 %

Venera, köhnəlmiş adı Zöhrə[8]Günəş sistemində yerləşən ikinci planet. Günəş ətrafında hərəkətini 224,7 Yer gününə başa vurur.[9] Günəş sistemində yerləşən digər planetlərə nisbətən ən uzun öz oxu ətrafında dönmə perioduna (243 gün) sahibdir və digər planetlərdən fərqli olaraq əks istiqamətdə fırlanır. Venera təbii peykə sahib deyildir. Onun adı Roma mifologiyasındakı sevgi və gözəllik ilahəsi olan Veneradan gəlir. Venera gecə səmasında Aydan sonra ən parlaq şəkildə görünən ikinci təbii göy cismidir və −4,6-ya çatan ulduz ölçüsü ilə kölgə yarada biləcək qədər parlaqdır və nadir hallarda aydın gündüzlərdə adi gözlə görülə bilər.[10][11] Yerin orbiti daxilində dönən Venera daxili planetdir və heçvaxt Günəşdən çox uzaqlaşmır; Günəşdən maksimum bucaq uzaqlığı 47,8°-dır.

Venera Yer tipli planetdir və bəzən Yerin bacı planeti olaraq adlandırılır. Oxşar ölçüləri, kütləsi, tərkibi və Günəşə yaxınlığı səbəbindən belədir. Digər tərəfdən Yerdən ciddi şəkildə fərqlənir. Venera Yer tipli dörd planetin 96%-i karbon dioksid olan ən sıx atmosferinə sahibdir. Planetin atmosfer təzyiqi Yerdəki atmosfer təzyiqindən 92 dəfə daha çoxdur. Bu göstərici Yerdə suyun 900 m dərinliyində olan təzyiq göstəricisinə uyğun gəlir. Venera Günəş sisteminin ən isti planetidir. 462 °C-yə çatan səth istiliyi ilə Günəşə daha yaxın olan Merkuridən belə daha istidir. Venera səthinin birbaşa görünməsinə əngəl olan sulfat turşularının sıx bulud təbəqəsi ilə örtülmüşdür. Planetin keçmişdə su okeanlarına sahib olduğu düşünülür,[12][13] ancaq istixana effektinin təsiri ilə su tədricən buxarlanmışdır.[14] Ehtimal olunur ki, su fotoliz prosesinə məruz qalıb və planetin maqnit sahəsinin olmaması səbəbindən sərbəst hidrogen Günəş küləyinin təsiri ilə planetlərarası boşluğa yayılıb.[15] Veneranın səthi lövhə bənzəri qayalarla örtülmüş quru səhra kimidir və səthi püskürən vulkanlar səbəbindən daima yenilənir.

Səmadakı ən parlaq göy cisimlərindən biri olan Venera yazılı qeydlərin olduğu dövrlərdən bu yana mədəniyyətdə mühüm yer tutmuşdur. Venera çoxlu qədim mədəniyyətdə müqəddəs ilah kimi qəbul olunmuş, şair və yazıçılara səhər ulduzu, axşam ulduzu kimi adlarla ilham qaynağı olmuşdur. Venera e.ə. II minillik kimi erkən tarixdə hərəkətləri müəyyənləşdirilən ilk planetdir.[16]

Yerə ən yaxın planet olan Venera planetlərarası ilk kəşflər üçün ən önəmli hədəf olmuşdur. 1962-ci ildə Mariner 2 kosmik gəmisinin etdiyi səfər başqa planetə edilmiş ilk kosmik səfərdir. Həmçinin 1970-ci ildə Venera 7 kosmik gəmisi ilə ilk dəfə başqa bir planetin səthinə enilmişdir. Veneranın qalın buludları səthinin görünməsinə əngəl olduğu üçün 1991-ci ildə Magellan kosmik gəmisinin səfərinə qədər planetin səthinin detallı təsvirləri yoxdu. Planeti daha dərindən öyrənmək üçün mürəkkəb missiyalar və roverlərin göndərilməsi kimi planlar təklif olundu, ancaq planetin sərt təbii şəraiti buna əngəl oldu.

  1. Simon, J.L.; Bretagnon, P.; Chapront, J.; Chapront-Touzé, M.; Francou, G.; Laskar, J. (February 1994). "Numerical expressions for precession formulae and mean elements for the Moon and planets". Astronomy and Astrophysics. 282 (2): 663–683. Bibcode:1994A&A...282..663S.
  2. 1 2 3 https://nssdc.gsfc.nasa.gov/planetary/factsheet/venusfact.html.
  3. 1 2 3 4 Standish E. M. Keplerian elements for approximate positions of the major planets (ing.). 2015. 3 p.
  4. Seidelmann, P. Kenneth; Archinal, Brent A.; A'Hearn, Michael F.; et al. (2007). "Report of the IAU/IAG Working Group on cartographic coordinates and rotational elements: 2006" Arxivləşdirilib 2017-06-08 at the Wayback Machine. Celestial Mechanics and Dynamical Astronomy. 98 (3): 155–180. Bibcode:2007CeMDA..98..155S. doi:10.1007/s10569-007-9072-y.
  5. Konopliv, A. S.; Banerdt, W. B.; Sjogren, W. L. (May 1999). "Venus Gravity: 180th Degree and Order Model". Icarus. 139 (1): 3–18. Bibcode:1999Icar..139....3K. doi:10.1006/icar.1999.6086.
  6. 1 2 3 4 Williams, David R. (15 April 2005). "Venus Fact Sheet" Arxivləşdirilib 2018-05-11 at the Wayback Machine. NASA
  7. NASA FACTS (ing.). NASA.
  8. https://www.azleks.az/online-dictionary/z%C3%B6hr%C9%99?s=my Arxivləşdirilib 2021-10-25 at the Wayback Machine zöhrə. Günəş sisteminə daxil olan yeddi ulduzdan biri və bütün görünən ulduzların ən parlağı; Karvanqıran, Venera
  9. "Venus: Facts & Figures". NASA.
  10. Lawrence, Pete (2005). "In Search of the Venusian Shadow". Digitalsky.org.uk.
  11. Walker, John. "Viewing Venus in Broad Daylight" Arxivləşdirilib 2017-03-29 at the Wayback Machine. Fourmilab Switzerland.
  12. Hashimoto, G. L.; Roos-Serote, M.; Sugita, S.; Gilmore, M. S.; Kamp, L. W.; Carlson, R. W.; Baines, K. H. (2008). "Felsic highland crust on Venus suggested by Galileo Near-Infrared Mapping Spectrometer data". Journal of Geophysical Research: Planets. 113: E00B24. Bibcode:2008JGRE..11300B24H. doi:10.1029/2008JE003134.
  13. David Shiga (10 October 2007). "Did Venus's ancient oceans incubate life?" Arxivləşdirilib 2015-05-23 at the Wayback Machine. New Scientist.
  14. Jakosky, Bruce M. (1999). "Atmospheres of the Terrestrial Planets". In Beatty, J. Kelly; Petersen, Carolyn Collins; Chaikin, Andrew. The New Solar System (4th ed.). Boston: Sky Publishing. pp. 175–200. ISBN 978-0-933346-86-4. OCLC 39464951.
  15. "Caught in the wind from the Sun" Arxivləşdirilib 2020-07-28 at the Wayback Machine. European Space Agency.
  16. Evans, James (1998). The History and Practice of Ancient Astronomy. Oxford University Press. pp. 296–7. ISBN 978-0-19-509539-5.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search