Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Venesuela Bolivar Respublikası | |||||
---|---|---|---|---|---|
isp. República Bolivariana de Venezuela | |||||
| |||||
Himn: Gloria al Bravo Pueblo |
|||||
![]() |
|||||
Tarixi | |||||
• İspaniyadan müstəqillik | 5 iyul 1811 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Karakas | ||||
İdarəetmə forması | Federativ prezident respublikası | ||||
Prezident | Nikolas Maduro | ||||
Sahəsi | Dünyada 32-ci | ||||
• Ümumi | 916445 km² | ||||
• Su sahəsi (%) | 0,3 | ||||
Əhalisi | |||||
• Əhali | 29 335 489 nəfər (45-ci) | ||||
• Sıxlıq | 32 nəf./km² | ||||
İnternet domeni | .ve | ||||
ISO kodu | VE | ||||
BOK kodu | VEN | ||||
Telefon kodu | +58 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][1] | ||||
![]() |
Venesuela (isp. Venezuela) və ya rəsmi adı il Venesuela Bolivar Respublikası (isp. República Bolivariana de Venezuela) — Cənubi Amerika qitəsinin şimalında dövlət. Venesuela qərbdən Kolumbiya, cənubdan Braziliya, şimal-şərqdən Trinidad və Tobaqo, şərqdən Qayana ilə həmsərhəddir. Şimal sahillərini Karib dənizi və Atlantik okeanı yuyur. Ərazisi 916,445 kvadrat kilometr, paytaxtı və ən böyük şəhəri Karakas şəhəridir. Karib dənizindəki 70-ə yaxın ada Venesuelaya aiddir. Ən böyüyü keçmişdə mirvariləriylə məşhur olan Marqarita adasıdır.
Materikdən 32 km aralı yerləşir. Ərazisi təxminən 916.000 km², əhalisi 29 milyon nəfərdir. Ən hündür zirvəsi Piko Bolivardır (5007 m). Təbii sərvətlərinə neft, qızıl, almaz daxildir. Ən böyük şəhərləri Marakaybo, Kumana, Valensiya, Barkisimeto, Maturin, Barselonadır. Əhalinin 91%-ni venesuelalılar, 3%-ni kolumbiyalılar, 2% italyanlar, ispanlar, hindular təşkil edir. Əhalinin 96%-i katoliklərdir. Rəsmi dili ispan dilidir. Bəzi yerlərdə Hindu dialektlərində danışılır. Pul vahidi Venesuela bolivarıdır. Ölkə subekvatorial iqlim qurşağında yerləşir. Orta illik temperatur +21–26 dərəcə arasında dəyişir. Orta illik yağıntının miqdarı şimal sahillərində 300 mm, dağlıq ərazilərdə 2000–3000 mm arası olur.
© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search