Vermont Universiteti

Vermont Universiteti
Xəritə
44°28′39″ şm. e. 73°11′37″ q. u.
Əsası qoyulub 1791
Tələbə sayı 13.097
Ölkə
Sayt uvm.edu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vermont Universiteti (ing. The University of Vermont and State Agricultural College) — Berlinqton şəhərində yerləşən ictimai araşdırma universitetidir. Vermont ştatındakı ən böyük və ən qədim universitetdir.

1791-ci ildə özəl bir təhsil müəssisəsi kimi təsis edilmişdir. Hal-hazırda, universitet — 2008-ci ildə 1185 nəfərin çalışdığı, Birləşmiş Ştatların hər yerindən və digər 30 ölkədən 10504 tələbənin təhsil aldığı 1.83 km² ərazidə yerləşən bir neçə kollecdən ibarətdir.[2]. İldə təxminən 1600 məzun buraxır, bunlardan 400-ə yaxını tibb ixtisaslıdır.

Universitetdə müxtəlif idman növləri üzrə təxminən 20 idman komandası var. Əsas rənglər sarı və yaşıl, ləqəbi vəhşi pişiklərdir.

  1. 1 2 Directory of Open Access Journals. 2003.
  2. "Best Colleges > University of Vermont". Archived from the original on 2008-09-14. İstifadə tarixi: 2021-06-24.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search