Stiv Cobs

Stiv Cobs
ing. Steve Jobs
Doğum tarixi 24 fevral 1955(1955-02-24)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 5 oktyabr 2011(2011-10-05)[3][4][…] (56 yaşında)
Vəfat yeri
Vəfat səbəbi mədəaltı vəzin xərçəngi[15][16]
Dəfn yeri
  • Alta Mesa Memorial Parkı[d]
Həyat yoldaşı
  • Louren Pauell Cobs[d] (19912011)[5]
Uşaqları
Partnyoru
Atası Abdullafəttah Con Jandall[d][17]
Anası Coan Şeybl[d][18]
Təhsili
  • Rid kolleci[d] (19721974),
  • Houmsted tam orta məktəbi[d] (–1972)[14],
  • De Anza Kolleci[d]
Fəaliyyəti təşəbbüskar, ixtiraçı, dizayner, informatik, icraçı prodüser, film prodüseri, maliyyəçi[d]
Fəaliyyət illəri 1974–2011
Partiyası
Üzvlüyü
İmza
apple.com/stevejobs
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stiv Cobs, Stiven Paul Cobs (ing. Steven Paul "Steve" Jobs; 24 fevral 1955[1][2][…], San-Fransisko, Kaliforniya5 oktyabr 2011[3][4][…], Palo-Alto[d], Kaliforniya) — tanınmış Amerika ixtiraçısı və biznesmeni. O, Apple şirkətinin yaradıcılarından biri, direktorlar şurasının sədri və baş icraçı direktoru idi. Cobs həmçinin Pixar şirkətinin icraçı direktoru idi; 2006-cı ildə Pixar şirkəti The Walt Disney Company-ni əldə etdikdən sonra onun direktorlar şurasının üzvü olur.

XX əsrin 70-ci illərin sonunda o, Apple-in digər təsisçiləri olan Stiv Voznyak, Maykl Markkula və digərləri ilə birlikdə Apple II seriyalı kommersiyal cəhətdən çox uğurlu olan şəxsi kompüteri layihələndirir, istehsal və satışını təşkil edir. 1980-ci illərin əvvəlində isə o Macintoshun yaranmasına gətirib çıxaran istifadəçi üçün kompüter siçanı-nı təkmilləşdirir.

1985-ci ildə direktorlar şurasından istədiyi dəstəyi ala bilməyən Stiv Cobs Apple-dan qovulur və o, daha sonra NEXT şirkətini qurur. Yeni şirkət universitetlər və biznes-strukturlar üçün kompüter platforması hazırlamağa başlayır. 1996-cı ildə Apple qarşılıqlı razılaşma ilə NEXT şirkətini alır və Jobs yeni konqlomeratın sahiblərindən birinə çevrilir. O, həmçinin 1997-ci ildən şirkətin müvəqqəti baş icraçı direktoru olur, 2000-ci ildən isə bu vəzifəyə daimi təyin edilir. 2011-ci ilin avqust ayından icraçı direktor vəzifəsindən gedərək, vəfatına qədər Apple şirkətinin idarə heyətinin sədri olur.

1986-cı ildə Lucasfilm Ltd-nin kompüter qrafikası bölməsini alır. 1995-ci ildə "Oyuncaqların hekayəsi" adlı cizgi filminin çəkiliş komandasında icraçı direktor kimi iştirak edir. O, həmin şirkətin 2006-cı ildə The Walt Disney Company tərəfindən alınana qədər direktoru və səhmlərinin 50,1 faizinin sahibi olur. Həmin alqı-satqıdan sonra yeni şirkətin 7 faiz səhminə nail olur və direktorlar şurasının üzvü olur.

Stiv Cobs 5 oktyabr 2011-ci ildə Kaliforniya'da 56 yaşında pankreatit xərçəngindən vəfat edir.

  1. 1 2 Isaacson W. Steve Jobs. 1 Simon & Schuster, 2011. S. 3. ISBN 978-1-4516-4853-9
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 http://apnews.excite.com/article/20111011/D9Q9T1D00.html.
  4. 1 2 Isaacson W. Steve Jobs. 1 Simon & Schuster, 2011. S. 575. ISBN 978-1-4516-4853-9
  5. 1 2 https://www.townandcountrymag.com/society/money-and-power/g13733977/laurene-powell-jobs-facts/.
  6. The Sydney Morning Herald (ing.). Sydney: Fairfax Media, 1831. ISSN 0312-6315
  7. The Sydney Morning Herald (ing.). Sydney: Fairfax Media, 1831. ISSN 0312-6315
  8. Google Books (çd.). 2005.
  9. The New York Times (ing.). / J. Kahn Manhattan, NYC: New York Times Company, A. G. Sulzberger, 1851. ed. size: 443000 ISSN 0362-4331; 1553-8095; 1542-667X
  10. 1 2 https://books.google.com/books?id=mXnw5tM8QRwC&pg=PA81&hl=de#v=onepage&q&f=false.
  11. Business Insider (ing.). / H. Blodget NYC: 2007.
  12. Business Insider (ing.). / H. Blodget NYC: 2007.
  13. 1 2 https://fortune.com/2015/08/06/steve-jobs-apple-girlfriend/.
  14. 1 2 Steve Jobs. Simon & Schuster, 2015. S. 16. ISBN 978-1-5011-2762-5
  15. Fraga K. Steve Jobs Tried To Treat His Cancer With Alternative Medicine — And It May Have Sent Him To An Early Grave (ing.). 2021.
  16. What was Steve Jobs' cause of death? (ing.). 2021.
  17. http://www.macworld.co.uk/feature/apple/who-is-steve-jobs-syrian-immigrant-father-abdul-fattah-jandali-3624958/.
  18. Steve Jobs. Simon & Schuster, 2015. S. 3. ISBN 978-1-5011-2762-5

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search