Almaniya

Almaniya
alm. Bundesrepublik Deutschland[1][2][…]
Bayraq[3] Gerb[4][5]
Bayraq[3] Gerb[4][5]
Einigkeit und Recht und Freiheit
"Birlik və Ədalət və Azadlıq"
Tarixi
 • Aİ-yə qəbul 23 may 1949
Rəsmi dilləri
Paytaxt Berlin
İdarəetmə forması Federativ parlament respublikası
Prezident Frank-Valter Ştaynmayer
Kansler Olaf Şolts (ASDP)
Sahəsi Dünyada 62-ci
 • Ümumi 357,592 km2
km²
 • Su sahəsi (%) 1.27
Əhalisi
 • Əhali 84,270,625[6] nəfər (19-cu)
 • Sıxlıq 232 nəf./km² (58-ci)
ÜDM (AQP)
 • Ümumi $5.317 trilyon dollar (5-ci)
 • Adambaşına $63,835 dollar (18-ci)
ÜDM (nominal)
 • Ümumi (2022) $4.031 trilyon [1] dollar (4-cü)
 • Adambaşına $48,398 dollar (20-ci)
İİİ (2021) 0.942 (artım; 9-cu)
Valyuta avro[9][10][…]
İnternet domeni .de[11]
ISO kodu DE
BOK kodu GER
Telefon kodu +49
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][12][13]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Almaniya (alm. Deutschland[ˈdɔʏtʃlant]) və ya rəsmi adı ilə Almaniya Federativ Respublikası (alm. Bundesrepublik Deutschland[ˈbʊndəsʁepuˌbliːk ˈdɔʏtʃlant]) — MərkəziQərbi Avropada yerləşən federativ parlament respublikası.[14] Şimaldan BaltikŞimal dənizləri, cənubdan Alp dağları, Boden gölü və Yuxarı Reynlə əhatə olunmuşdur. Ölkə şimaldan Danimarka, şərqdən PolşaÇex Respublikası, cənubdan Avstriyaİsveçrə, cənub-qərbdən Fransa, qərbdən Lüksemburq, BelçikaNiderlandla həmsərhəddir. Əhalisi təxminən 83 milyondur ki, bu da Avropanın ən böyük (Rusiyadan sonra) əhalisidir. Almaniya həm də ABŞ-dən sonra dünyada ikinci ən çox mühacirət edilən ölkədir.

Almaniya ərazisinə 16 federal torpaq daxildir, ümumi sahəsi 357,386 kvadrat kilometr təşkil edir və mülayim mövsümi iqlimə sahibdir. Almaniya dünyada ABŞ-dən sonra ən çox miqrant qəbul edən ikinci ölkədir[15][16] 83 milyon nəfərlik əhalisi ilə Avropada Rusiyadan sonra ikinci, Avropa İttifaqına üzv ölkələr arasında isə ilk yerdədir. Almaniya yüksək səviyyədə desentralizasiyalaşmış ölkədir. Paytaxtıən böyük metropolisi Berlin olsa da, ölkənin əsas maliyyə mərkəzi və ən məşğul hava limanı Frankfurtdur. Almaniyanın digər böyük şəhərlərinə Hamburq, Münxen, Köln, Ştuttqart, Düsseldorf, Leypsiq, Drezden, Bremen, HannoverNürnberq aiddir.

Müasir Almaniyanın şimal hissələri antik dövrlərdən etibarən qədim germanlar tərəfindən məskunlaşmışdır. Miladi tarixlə 100-cü ildən əvvəl həmin region orada məskunlaşan tayfaların adı ilə Germaniya olaraq adlanmışdır. Xalqların böyük köçü dövründə german tayfaları cənub istiqamətində də yayılmışdılar. 10-cu əsrin başlanğıcından etibarən alman əraziləri Müqəddəs Roma İmperiyasının tərkib hissəsi olmuşdur. 16-cı əsr ərzində Şimali Almaniya regionları protestant reformasiyasının mərkəzi rolunu oynamışdır. Müqəddəs Roma İmperiyasının dağılmasından sonra, 1815-ci ildə Almaniya ittifaqı formalaşmışdır. Almaniyada 1848-1849-cu illər inqilabı Frankfurt Parlamentində mühüm demokratik hüquqların təsis edilməsi ilə nəticələnmişdir.

1871-ci ildə bir çox alman dövlətinin (İsveçrə və Avstriya istisna olmaqla) birləşməsi ilə Prussiya rəhbərliyində Almaniya İmperiyası yaradılmışdır. Birinci dünya müharibəsindən sonra, 1918–1919-cu illərdə baş vermiş inqilab nəticəsində imperiya parlamentli Veymar Respublikası ilə əvəzlənmişdir. 1933-cü ildə nasistlərin hakimiyyəti ələ keçirməsi ilə ölkədə diktatorluq rejimi qurulmasının ardınca, Avstriya anneksiya olundu və İkinci dünya müharibəsi başladı. Avropada İkinci dünya müharibəsinin başa çatması və Almaniyanın müttəfiq qoşunların işğalı altına düşməsindən sonra, Avstriya yenidən müstəqillik əldə etdi və iki yeni alman dövləti yaradıldı: Amerikan, ingilis və fransız işğal zonasında Qərbi Almaniya, Sovet işğal zonasında isə Şərqi Almaniya. 1989-cu il inqilabının ardınca, Mərkəzi və Şərqi Avropada kommunist idarəçiliyinə son qoyulmuş və 3 oktyabr 1990-cı ildə Almaniya yenidən vahid dövlət halında birləşmişdir.[17]

Bu gün suveren dövlət olan Almaniya kansler tərəfindən rəhbərlik olunan federal, parlamentli respublikadır. Güclü iqtisadiyyata sahib olan Almaniya dünya ölkələri arasında nominal ÜDM göstəricilərinə görə dördüncü, alıcılıq qabiliyyəti pariteti göstəricisinə görə isə beşinci yerdədir. Bəzi sənaye və texnoloji sektorlarda qlobal lider olan Almaniya dünya üzrə malların həm ixracına, həm də idxalına görə üçüncüdür. İnkişaf etmiş ölkə kimi yüksək həyat standartlarına, sosial təhlükəsizlik və universal səhiyyə sisteminə, təbiətin mühafizəsi və pulsuz ali təhsil sisteminə sahibdir.

Almaniya Federativ Respublikası 1957-ci ildə yaradılmış Avropa İqtisadi Birliyi və 1993-cü ildə əsası qoyulmuş Avropa İttifaqı kimi təşkilatların qurucu üzvlərindən biridir. Şengen zonasına daxil olan bu ölkə 1999-cu ildə yaradılmış Avrozonanın həmtəsisçisidir. Bundan başqa, Almaniya BMT, NATO, G7, G20, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı kimi təşkilatların da üzvüdür. Zəngin mədəni tarixi ilə məşhur olan bu ölkə təsirli və uğurlu rəssamların, filosofların, musiqiçilərin, idmançıların, sahibkarların, alimlərin, mühəndislərin və ixtiraçıların ev sahibi olmağa indi də davam edir. Ümumdünya irsi siyahısına daxil olan mədəni abidələri ilə zəngin olan Almaniya dünyanın əsas turizm məkanlarından biri hesab olunur.

  1. Süsterhenn A., Heuss T., Schmid C. Artikel 20 (1) // Grundgesetz für die Bundesrepublik Deutschland (alm.). // Bundesgesetzblatt / Hrsg.: Bundesministerium der Justiz Bo: Bundesanzeiger Verlag, 1949. Vol. 1949, burax. 1. S. 1–20.
  2. Bundesrepublik Deutschland - Was heißt das? (alm.).
  3. Süsterhenn A., Heuss T., Schmid C. Art. 22 (2) // Grundgesetz für die Bundesrepublik Deutschland (alm.). // Bundesgesetzblatt / Hrsg.: Bundesministerium der Justiz Bo: Bundesanzeiger Verlag, 1949. Vol. 1949, burax. 1. S. 1–20.
  4. https://www.protokoll-inland.de/SharedDocs/downloads/Webs/PI/DE/Beflaggung/FlaggendesBundes/Bekanntmachung_Bundeswappen.pdf?__blob=publicationFile&v=2 (alm.). / Hrsg.: Bundesministerium des Innern und für Heimat 1950. S. 1.
  5. https://web.archive.org/web/20190311191212/https://www.protokoll-inland.de/SharedDocs/Downloads/PI/DE/Allgemeines/bgbl_bundeswappen.html;jsessionid=69535C13E2F3A88D67A06887F049476A.2_cid295?nn=3314334 (alm.). / Hrsg.: Bundesministerium des Innern und für Heimat
  6. Federal Statistical Office and the statistical Offices of the Länder Arxivləşdirilib 2010-08-01 at the Wayback Machine  (alm.)
  7. § 23 Amtssprache (1) // Verwaltungsverfahrensgesetz.
  8. Adler A., Silveira M. R. Welche Sprachen werden in Deutschland gesprochen? (alm.). // Sprachreport: Informationen und Meinungen zur deutschen Sprache 2021. S. 1. ISSN 0178-644X
  9. https://web.archive.org/web/20110111043412/http://ec.europa.eu/economy_finance/euro/countries/germany_en.htm (ing.). / European Commission
  10. http://www.bpb.de/nachschlagen/lexika/lexikon-der-wirtschaft/19280/europaeische-wirtschafts-und-waehrungsunion (alm.). / Hrsg.: Bundeszentrale für politische Bildung
  11. https://www.ionos.de/digitalguide/domains/domainendungen/cctlds-laenderspezifische-top-level-domain-liste/ (alm.). / Hrsg.: Ionos
  12. http://rammb.cira.colostate.edu/dev/hillger/driving-customs.htm (ing.).
  13. § 3 Abs. 1 // Straßenverkehrs-Ordnung.
  14. Mangold, Max, redaktor Duden, Aussprachewörterbuch (German) (6th). Dudenverlag. 2005. 271, 53f. ISBN 978-3-411-04066-7.
  15. "Germany Top Migration Land After U.S. in New OECD Ranking". Bloomberg. 20 may 2014. 17 March 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2019.
  16. "Trends in International Migrant Stock: The 2015 Revision". United Nations Department of Economic and Social Affairs, Population Division. 2015. 2019-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-07.
  17. Demshuk, Andrew. The Lost German East. 30 aprel 2012. ISBN 978-1-107-02073-3. 1 dekabr 2016 tarixində arxivləşdirilib.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search