Albaniya

Bu məqalə Balkan yarımadasında yerləşən ölkə haqqındadır. IV əsr — b.e. 705-ci illərində Cənubi Qafqazda mövcud olmuş tarixi dövlət üçün Qafqaz Albaniyası səhifəsinə baxın.
Albaniya

Republika e Shqipërisë

= Albaniya Respublikası
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Ti Shqipëri më jep nder, më jep emrin shqipëtar
(Mənə şərəf verən Albaniyadır, mənə Alban adını verən Albaniyadır.)
Rəsmi dilləri
Paytaxt Tirana
İdarəetmə forması Parlament respublikası
Prezident İlir Meta [24.VII.2017 ~]
Baş nazir Edi Rama [10.IX.2013 ~]
Sahəsi Dünyada 145-ci
 • Ümumi 28748 km²
 • Su sahəsi (%) 4.8%
Əhalisi
 • Əhali 3 200 min [1] nəfər (137-ci)
 • Siyahıyaalma (1.X.2011) 2 800 138[2] nəf.
 • Sıxlıq 111 nəf./km² (63-cü)
ÜDM (AQP)
 • Ümumi 26.73 milliard dollar (122-ci)
 • Adambaşına 8 200 dollar (131-ci)
İİİ (2007) 0.801 (artış; 68-ci)
Valyuta Albaniya leki
İnternet domeni .al
ISO kodu AL
BOK kodu ALB
Telefon kodu +355
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][4]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Albaniya
Albaniyanın xəritəsi

Albaniya (alb. Shqipëria və ya Shqipëri), tarixi mənbələrdə Arnaudluq[5], rəsmi adı Albaniya Respublikası (alb. Republika e Shqipërisë) — Balkan yarımadasının cənub-qərbində yerləşən ölkə. Adriatikİoni dənizləri sahilərində yerləşir və şimal-qərbdən Monteneqro, şimal-şərqdən Kosovo, şərqdən Şimali Makedoniya və cənubdan Yunanıstan ilə həmsərhəddir. Tirana həm ölkənin paytaxtı, həm də ən böyük şəhəridir, sonrakı böyük şəhərləri arasında Durres, VlyoraŞkoder yer alır.

Ölkənin 28,748 km2 ərazisində müxtəlif iqlim, geoloji, hidroloji və morfoloji şərait mövcuddur. Albaniya landşaftı ilə əhəmiyyətli müxtəlifliyə malikdir, belə ki burada Alban Alpları, Korab, Skanderbeq, Pind və Keravniya kimi qarlı dağlardan tutmuş Aralıq dənizi boyunca yerləşən Adriatikİoni dənizlərinin qızmar və günəşli sahilərinə qədər rast gəlmək olar.

Albaniya müxtəlif vaxtlarda illiriyalılar, frakyalılar, yunanlar, romalılar, bizanslılar, venesiyalılarosmanlılar kimi müxtəlif sivilizasiyaların məskunlaşdığı yer olub. 12-ci əsrdə Albanlar Arberiya muxtar knyazlığını qurdular. Albaniya krallığıAlbaniya knyazlığı 13–14-cü əsrlər arasında formalaşmışdır. Osmanlıların Albaniyanı 15-ci əsrdə zəbt etməzdən öncə İskəndər bəyin başçılıq etdiyi albanların osmanlılara qarşı müqaviməti Avropanın əksər hissəsində rəğbətlə qarşılanırdı. Albaniya beş əsrə yaxın Osmanlı hakimiyyəti altında qaldı və bu müddət ərzində bir çox albanlar (arnautlar kimi də tanınırdılar) imperiyada, xüsusən Cənubi Balkanlarda və Misirdə yüksək vəzifələrə yiyələnmişdilər. 18–19-cu əsrlər arasında həm mənəvi, həm də intellektual güc toplayan albanlara aid edilən mədəni inkişaf Alban İntibahının yaranmasıyla nəticələndi. Balkan müharibələrində Osmanlıların məğlubiyyətindən sonra müasir Albaniya milli dövləti 1912-ci ildə müstəqilliyini elan etdi.[6] 20-ci əsrdə Albaniya Krallığı faşist Almaniyasının protektoratına çevrilməzdən əvvəl Böyük Albaniyanı təşkil edən İtaliya tərəfindən işğal edildi. 20-ci əsrdə Albaniya kralllığı İtaliya tərəfindən işğal edildi və Böyük Albaniya krallığı yarandı, daha sonra isə ölkə Nasist Almaniyasının protektoratına çevrildi.[7] İkinci Dünya müharibəsindən sonra Ənvər Xoca Albaniya Xalq Sosialist Respublikasını yaratdı, ölkədə xocaçılıq ideyalogiyası sürməyə başladı. 1991-ci ildə baş verən çevriliş nəticəsində Albaniyada kommunizmin sonu gəldi və müasir Albaniya Respublikası peydə oldu.

Albaniya unitar parlamentar konsitutsiyonal respublikadır və inkişaf etməkdə olan ölkədir, ölkə iqtisadiyyatında aparıcı rol xidmət sektoruna məxsusdur, önəmcə ikinci sahəsi isə istehsaldır.[8] Ölkə 1990-cı ildə kommunizmin sona çatmasından sonra mərkəzləşdirilmiş planlaşdırmadan bazar əsaslı iqtisadiyyata keçid prosesi ilə üzləşdi.[9][10][11] Albaniya öz vətəndaşlarına universal səhiyyə xidməti və pulsuz ibtidai və orta təhsil təqdim edir.[12] Albaniya BMT, Dünya Bankı, UNESCO, NATO, Ümumdünya Ticarət Təşkilatı, Avropa Şurası, ATƏTİslam Əməkdaşlıq Təşkilatına üzv ölkədir. 2014-cü ildən Avropa İttifaqına üzvlüyə rəsmi namizəddir. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və Aralıq dənizi İttifaqı da daxil olmaqla Enerji Birliyinin qurucu üzvlərindən biridir.

  1. Republika e Shqipërisë - Instituti i Statistikës: Censusi i Popullsisë dhe Banesave në Shqipëri 2011: Rezultatet Paraprake Arxivləşdirilib 2012-01-12 at the Wayback Machine
  2. Sitat səhvi: Yanlış <ref> teqi; 1.1.13. Popullsia banuese sipas përkatësisë etnike dhe kulturore adlı istinad üçün mətn göstərilməyib
  3. 14 // Constitution of Albania.
  4. http://chartsbin.com/view/edr.
  5. Azərbaycan dilinin izahlı lüğəti, arnaud [arnaut] isim. Albaniya Xalq Respublikasının əsas əhalisinin adı və bu xalqa mənsub adam; arnaud.
  6. Albania // The World Factbook. Central Intelligence Agency. 17 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 June 2013.
  7. Zolo, D. Invoking Humanity: War, Law and Global Order. Continuum International Publishing Group. 27 August 2002. səh. 180. ISBN 9780826456564. 1 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 June 2022.
  8. "Albania". The World Bank. 21 September 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 September 2014.
  9. Reports: Poverty Decreases in Albania After Years of Growth. Dow Jones Newswires, 201–938-5500 201–938-5500 201–938-5500.Nasdaq.com Arxivləşdirilib 2019-07-04 at the Wayback Machine
  10. "Albania plans to build three hydropower plants". People's Daily
  11. "Strong GDP growth reduces poverty in Albania-study". Reuters.Forbes.com Arxivləşdirilib 17 yanvar 2012 at the Wayback Machine
  12. Human Development Report 2020 The Next Frontier: Human Development and the Anthropocene (PDF). United Nations Development Programme. 15 December 2020. 343–346. ISBN 978-92-1-126442-5. 15 December 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 16 December 2020.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search