Beyt

Beytşeirdə 2 misra. Beytin tərifinə aid fikirlərdə müəyyən ziddiyyətlərlərə rast gəlinir. Məsələn, Mir CəlalPənah Xəlilovun fikrincə: "Şerin hər sətrinə misra, cüt sətrinə isə beyt deyilir". Cəfər Xəndan isə beytin tərifini daha da dəqiqləşdirir: "Şerin müəyyən məna ifadə edən qoşa misrasına beyt deyilir". Əziz Mirəhmədov isə tərtib etdiyi "Ədəbiyyatşünaslıq terminləri lüğəti"ndə anlayışın daha geniş şərhini verir: "…eyni vəzndə yazılan əsərlərin məzmunca bir-birinə bağlı qoşa misrası. Beytdə bitkin bir fikir ifadə olunmalıdır".[1]

Beyt şeirdə həm qafiyəli, həm də qafiyəsiz ola bilər. Bu da şerin müxtəlif şəkillərindən asılıdır. Məsələn, məsnəvi formasında yazılan bütün əsərlərdəki beyt bir qayda olaraq, cüt-cüt qafiyələnir. Qəzəlqəsidələrdə ilk beytlər həmqafiyə olur. Sonrakı beytlərin misraları cüt-cüt qafiyələnməsə də, formanın daxili qafiyələnmə qanunlarına tabe olur.[2]

Hər iki misranı yan-yana qoymaqla beyt düzəltmək olmaz. Beytdə birləşən misralar bir-birini tamamlamalı və bitkin fikir ifadə etməlidir.

Beytə daxil olan misralar bir-birilə qafiyələnə də bilər, qafiyələnməyə də. "Beyt" istilahı ən çox klassik şeirlə əlaqədar işlədilir. Ədəbiyyatşünaslıqda "şah beyt", "mətlə beyt", "məqtə beyt" kimi ifadələr işlədilir.

  1. Ədəbiyyatşünaslıq terminləri lüğəti. Bakı: 1988, s.257–258
  2. "Baba Babazadə. Ədəbiyyatda lirik növ (dərs vəsaiti). Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2008, 178 səh" (PDF). 2016-03-11 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-05-10.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search