HBO

«HBO»
Loqonun şəkli
Telekanalın rəsmi loqosu
Ölkə  ABŞ
Yayım ərazisi ABŞ
Dil İngilis dili
Baş qərargah Nyu-York, Nyu-York, ABŞ
Yaranma tarixi 8 noyabr 1972 (1972-11-08)
Sahibi «Home Box Office, Inc.»
(WarnerMedia)
Rəhbərlik Riçard Plepler (baş direktor)
Con K. Billok («HBO U.S. Group» prezidenti)
Keysi Bloys («HBO Programming» prezidenti)
Şüar It's What Connects Us. (azərb. Bizi birləşdirən budur.‎)
Qardaş kanallar «Cinemax»
Sayt hbo.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Home Box Office (abr. HBO; tələffüzü: eyç-bi-ou) — ABŞ kabelpeyk teleşəbəkəsi. Teleşəbəkənin sahibi «AT&T» şirkətinin bir mülkü olan «WarnerMedia» şirkətinin bir mülkü olan «Home Box Office, Inc.» şirkətidir. Teleşəbəkədə yayımlanan verilişlər əsasən bədii kinofilmlər, orijinal teleseriallar, eləcə də sənədli filmlər, komediya şouları və konsertlərdən ibarətdir.

«HBO» ABŞ-dəki ən köhnə və uzun müddət fəaliyət göstərən kabel xidmətidir. Teleşəbəkə 8 noyabr 1972-ci ildə təsis edilmişdir. 2015-ci ildə «HBO» teleşəbəkəsinin qazancı 1.880.000.000 ABŞ dolları idi. Növbəti il 2016-cı ildə bu miqdar 1.930.000.000 ABŞ dolları olmuşdur.[1] Həmin il «HBO» teleşəbəkəsinin dünyada 130.000.000 abunəçisi var idi.[2][3] Teleşəbəkə «HBO Comedy», «HBO Latino», «HBO Signature» və «HBO Family» daxil olmaqla yeddi 24 saatlıq multipleks kanalı nümayiş etdirir. 2015-ci ilin aprel ayında teleşəbəkənin «HBO Now» adlı bir striminq servisi fəaliyyətə başlamış, 2017-ci ilin fevral ayında ABŞ-dəki abunəçilərinin sayı 2.000.000-u keçmişdir.[4]

  1. "Time Warner Inc. Reports Fourth-Quarter and Full-Year 2016 Results". businesswire.com. Business Wire. 8 fevral 2017. 17 noyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2019.
  2. [=https://www.statista.com/statistics/329288/number-of-hbo-domestic-subscribers/ "Number of HBO subscribers in the United States from 2009 to 2016 (in millions)"] (#bad_url). statista.com. Statista. 15 mart 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2019.
  3. Stil, Emili. "HBO Now Has 800,000 Paid Streaming Subscribers, Time Warner Says". nytimes.com. The New York Times. 10 fevral 2016. 19 yanvar 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2019.
  4. Perez, Sara. "HBO NOWHBO Now Has 800,000 Paid Streaming's streaming service surpasses 5 million subscribers". techcrunch.com. Tech Crunch. 8 fevral 2017. 8 mart 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2019.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search