Metakainat

Metaverse — insanların heç bir fiziki səy göstərmədən, artırılmış virtual reallıq cihazları vasitəsilə tamamilə zehni hiss etdikləri perseptual kainat.[1] Bu kainat kompüterlər, android cihazları və 3D cihazları sayəsində insan idrakını süni fiziki mühitə daxil etməyə imkan verir.[2]

Bu gün dünyanın ən əhəmiyyətli metaverse investorlarından biri virtual reallıq cihazları üzərində işləyən Oculus şirkətini 2 milyard dollara satın alan Facebook-dur.[3] Əslində, Facebook, Microsoft kimi mühüm proqram şirkətləri ilə əməkdaşlıq müqavilələri imzalamışdır.[4] Bundan əlavə, Roblox kimi oyun platformaları bu sahədə böyük Ar-Ge investisiyaları edir.

Bu texnologiya yetərincə inkişaf edərsə, insanlar əldə etdikləri virtual reallıq cihazları sayəsində heç bir fiziki səy göstərmədən alış-veriş etmək, kinoya getmək, kafelərdə vaxt keçirmək kimi bir çox fəaliyyətlə məşğul olmaq imkanı əldə edəcəklər.

  1. "What is the metaverse? A (kind of) simple explainer". 2021-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-11.
  2. "What is the 'metaverse'? Facebook says it's the future of the Internet". 2021-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-11.
  3. "Facebook Metaverse için ilk anlaşmayı rakibi Microsoft ile yaptı". 2021-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-11.
  4. "Facebook Metaverse için ilk anlaşmayı rakibi Microsoft ile yaptı". 2021-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-11.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search