Printer

HP LaserJet 5 printer
Oyun Boy Pocket Printeri

Printerkompüterin xarici qurğularından biridir. Verilən məlumatı (yazı, şəkil və s.) çap etmək üçündür.

Kompüter üçün ilk printer 1834-cü ildə Çarl Bebbic tərəfindən ixtira edilmiş mexaniki “Fərqlər aparatı” üçün dizayn olunub. Hal-hazırda printerlərdən geniş istifadə olunur. Müasir İBM tipli kompüterlərə printerlər əsasən LPT (ing. Line Printer Terminal) və ya USB portu vasitəsi ilə qoşulur. LPT portu vasitəsi ilə 50Kbit/san sürətlə məlumat ötürülə bilir. Lakin USB portu 12Mbit/san sürətlə məlumat ötürə bilir. Bu baxımdan USB portu ilə qoşulan printer daha tez məlumat alıb-ötürə bilir. Bunlardan başqa hal-hazırda şəbəkə vasitəsi ilə də printerləri qoşmaq mümkündür. Bir kompüterə qoşulan printer şəbəkədə olan digər kompüterlərdən alınan məlumatı çap edə bilər.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search