Quranilik

Quranilik (ərəbcə: قرآنيون (qurʾāniyūn)) sadəcə Quran-i Kərimi İslam dininin mənbəsi qəbul edib, digər dini qaynaqları (hədis, məzhəb, təriqət, şəriət, sünnə, icma) rədd edən dini-fəlsəfi cərəyandır.

Quranilər ümumi mənada Quranın hər hansı bir şərhə ehtiyac olmadan aydın ola biləcəyini, bunun yanında hədislərin qorunmadığını, qorunan kitabın və sözün yalnız Quran olduğunu və möhkəm qəbul edilən hədislərin belə şübhə daşıdığını, şübhə daşıyan heç bir mətnin dini qaynaq ola bilməyəcəyini söyləyirlər. Quranilər bu düşüncə ilə İslamın ən böyük iki məzhəbi: SünnilikŞiəlikdən ayrı sayılırlar. Quran müsəlmanları dini mənbə olaraq sadəcə Quranı qəbul etməkləri ilə birlikdə, dini hakimiyyəti, dini dövlət (teokratiyanı) anlayışını da qəbul etmirlər. Üstəlik bu cərəyan hər hansı bir tarixi şəxsiyyətə bağlı olmadığı üçün məzhəb də sayılmır. Məzhəblər tamamı ilə rədd edilir. İddialarına görə hədislər Məhəmməd peyğəmbərin ölümündən 250–500 il sonra onun adından uydurulmuş, Quranda yer alan İslam dini unudulmuşdur. Bu cərəyanın eyni zamanda VIII əsrdə yəhudilikdə reformasiyanı müdafiə edən Karaim məzhəbi və xristianlığın başlıca cərəyanı olan protestanlıq ilə oxşar cəhətlərinə rast gəlmək mümkündür.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search