4 results found for: “Avicii”.

Request time (Page generated in 0.1633 seconds.)

Avicii

Avicii (əsl adı: Tim Bergling; 8 sentyabr 1989[…], Stokholm – 20 aprel 2018[…], Maskat) — isveçli dicey, remiksçi və musiqi prodüseri. Tim 16 yaşında olanda...

Last Update: 2024-02-08T12:30:41Z Word Count : 1078

View Rich Text Page View Plain Text Page

Lindsi Stirlinq

İstifadə tarixi: 2017-08-24. Roxborough, Scott. "German Echo Music Awards: Avicii, Eminem, Depeche Mode Big Winners". February 20, 2013. 2016-02-02 tarixində...

Last Update: 2024-05-04T13:44:26Z Word Count : 661

View Rich Text Page View Plain Text Page

Tiësto

Mag tərəfindən oxucusu səsverməsi ilə "Dj Top 100" sıralamasında 2013`də Avicii`dən sonra 4. yer tutub. Mix Mag tərəfindən keçirilən "The Greatest DJ Of...

Last Update: 2024-01-19T21:25:18Z Word Count : 403

View Rich Text Page View Plain Text Page

Aviçi Arena

Aviçi Arena Avicii Arena Ericsson Globe gecə vaxtı 59°17′37″ şm. e. 18°04′59″ ş. u. Ölkə  İsveç Region Yohanneshov Şəhər Stokholm Tikilmə tarixi 1986–1989...

Last Update: 2022-09-10T14:27:52Z Word Count : 173

View Rich Text Page View Plain Text Page

Main result

Avicii

Avicii (əsl adı: Tim Bergling; 8 sentyabr 1989[…], Stokholm – 20 aprel 2018[…], Maskat) — isveçli dicey, remiksçi və musiqi prodüseri. Tim 16 yaşında olanda elektron musiqi forumlarında öz hazırladığı remikslərini paylaşmağa başlamış və ilk rekord müqaviləsini bu sayədə almışdır. O, 2011-ci ildə buraxdığı “Levels” sinqlı nəticəsində məşhur olub. Onun 2013-cü ildə çıxan ilk albomu “True” müxtəlif janrlarla elektron musiqinin qarışığı idi. Bu albom tənqidçilər tərəfindən müsbət rəylər almışdı. Albomdan olan sinql “Wake Me Up” ABŞ və Birləşmiş Krallıq daxil olmaqla bir çox ölkələrin hit-paradlarında üst sıralarda qərarlaşmışdı. Timin ikinci studiya albomu “Stories” 2015-ci ildə işıq üzü görmüşdür. O, 2017-ci ildə dinləyicilərinə “Avīci (01)” adlı mini-albom təqdim etmişdir. Timin məşhur sinqllarına daxil idi: “I Could Be the One” (Niki Romero ilə), “You Make Me”, “X You”, “Hey Brother”, “Addicted to You”, “The Days”, “The Nights”, “Waiting for Love”, “Without You” və “Lonely Together”. Timin 2012-ci ildə David Qetta ilə birlikdə ərsəyə gətirdiyi “Sunshine” mahnısı “Qremmi” mükafatına namizəd göstərilmişdi. O, növbəti il 2013-cü ildə “Levels” sinqlına görə bu mükafata yenidən namizədlik əldə etdi. Bir sıra musiqi jurnalları Tim Berqlinqin 2010-cu illərin əvvəllərində elektron musiqinin radioda daha populyar olmasında əməyi olduğunu bildirib. Tim Berlinq 2016-cı ildə stress və ağırlaşmış psixi sağlamlıq səbəbindən konsert səfərlərinə çıxmağı dayandırmışdı. O, 20 aprel 2018-ci ildə, istirahət üçün getdiyi Omanın Maskat şəhərində öz həyatına son qoyub. Avicii-nin üçüncü və sonuncu albomu olan “Tim” onun ölümündən sonra 2019-cu ildə yayımlanmışdır.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search